Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Müştərilərin kredit ödənişlərində yaranan gecikmələrin səbəblərini araşdırmaq və izləmək;
Problemli kreditlər üzrə sənədləri sistemə tam və dəqiq şəkildə daxil etmək;
Kredit borclarının geri ödənilməsi üçün müştərilərlə əlaqə saxlamaq və fərdi yanaşma tətbiq etmək;
Borcalanlarla danışıqlar apararaq borcun restrukturizasiyası və ödəmə şərtlərinin dəyişdirilməsi imkanlarını təqdim etmək;
Müştərilərin maliyyə vəziyyətini qiymətləndirmək və uyğun həll yollarını müəyyənləşdirmək;
İdarə olunan kredit portfelini səmərəli şəkildə təhlil etmək və idarə etmək;
Görülən işlər üzrə dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
İş şəraiti
Əmək haqqı: 450 AZN + bonus;
İş yeri: Bakı;
6 günlük iş qrafiki: I-V günlər 09:00-18:00, VI günü 10:00-14:00.
Tələblər
Güclü ünsiyyət bacarığı və komanda daxilində effektiv işləmək qabiliyyəti;
Analitik düşüncə tərzi, detallara diqqət və yüksək dəqiqlik;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.
Müraciət qaydası
CV-lərinizi “Problemli kreditlər üzrə kiçik mütəxəssis” başlığı ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd
1 həftəlik sınaq müddəti mövcuddur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
