Vakansiya haqqında
Təsvir
Shop & Ship — xaricdən onlayn alış-verişlərin çatdırılması xidmətimizin inkişafına
töhfə verəcək əməkdaş axtarırıq. Bu vəzifənin əsas məqsədi marketinq komandası ilə birlikdə yeni müştərilərin cəlb
edilməsi, mövcud müştərilərin aktivliyinin və sifarişlərin artırılmasıdır.
Əsas vəzifə öhdəlikləri:
Shop & Ship xidmətinin satış və marketinq planlarının hazırlanması və
təsdiqlənmiş tədbirlərin icrasını təmin etmək;
Yeni müştəri seqmentlərini
müəyyənləşdirmək və onların cəlb edilməsi üçün təkliflər hazırlamaq;
Qeydiyyatdan keçmiş, lakin ilk sifarişini etməmiş müştərilərin aktivləşdirilməsi üçün
kampaniyalar həyata keçirmək;
Təkrar sifarişləri və müştəri loyallığını
artırmaq, müştəri itkisini azaltmaq üçün təşəbbüslər hazırlamaq;
Marketinq komandası və xidmət göstərən agentliklə birlikdə rəqəmsal kampaniyaları
planlaşdırmaq, icrasını koordinasiya etmək və nəticələrini ölçmək;
Korporativ müştərilər, influenserlər və potensial tərəfdaşlarla birgə kampaniya və əməkdaşlıq
imkanlarını inkişaf etdirmək;
Rəqiblərin qiymət, kampaniya və
xidmətlərini, eləcə də müştərilərin alış davranışlarını təhlil etmək;
Xidmətin tanınmasını və bazar payını artırmağa yönəlmiş təkliflər vermək;
Kampaniyalar üçün məzmun və vizual materiallara dair briflər hazırlamaq;
Yeni və aktiv müştəri sayı, ilk və təkrar sifarişlər, müştəri cəlbetmə xərci və kampaniya
effektivliyi üzrə hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali
təhsil;
Marketinq sahəsində minimum 2 il iş
təcrübəsi;
Rəqəmsal kampaniyaların planlaşdırılması və nəticələrinin
təhlili üzrə praktiki təcrübə;
Meta Ads, Google Ads və Google Analytics
alətləri üzrə biliklər;
Müştəri seqmentləşdirilməsi, müştəri cəlbi və
loyallıq kampaniyaları barədə anlayış;
Excel və ya Google Sheets
vasitəsilə məlumatları təhlil etmək və hesabat hazırlamaq bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
Analitik düşüncə, təşəbbüskarlıq, planlama və komanda ilə işləmək bacarığı.
Üstünlük veriləcək:
E-ticarət, karqo, logistika xidmətlərində iş təcrübəsi;
CRM sistemləri, e-mail, SMS və push bildiriş kampaniyaları ilə iş
təcrübəsi;
Müştəri və sifariş sayının artırılması üzrə ölçülə bilən
nəticələr;
Türk və ingilis dili bilikləri.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Könüllü tibbi
sığorta
Push30 dəstəyi
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
