Vakansiya haqqında
Təsvir
Shop & Ship xaricdən onlayn alış-verişlərin çatdırılması xidmətinin inkişafına dəstək verəcək əməkdaş axtarır. Bu vəzifənin əsas məqsədi marketinq komandası ilə birgə yeni müştərilərin cəlb olunması, mövcud müştərilərin aktivliyinin və sifariş sayının artırılmasıdır.
Əsas vəzifə öhdəlikləri
Shop & Ship xidmətinə aid satış və marketinq planlarını hazırlamaq, təsdiqlənmiş tədbirlərin icrasını təmin etmək;
Yeni müştəri seqmentlərini müəyyənləşdirmək və onların cəlbi üçün təkliflər hazırlamaq;
Qeydiyyatdan keçmiş, lakin hələ ilk sifarişini etməmiş müştərilərin aktivləşdirilməsi üçün kampaniyalar həyata keçirmək;
Təkrar sifarişləri və müştəri loyallığını artırmaq, müştəri itkisini azaltmaq üçün təşəbbüslər hazırlamaq;
Marketinq komandası və xidmət göstərən agentliklə birlikdə rəqəmsal kampaniyaları planlaşdırmaq, icrasını koordinasiya etmək və nəticələrini ölçmək;
Korporativ müştərilər, influenserlər və potensial tərəfdaşlarla birgə kampaniya və əməkdaşlıq imkanlarını inkişaf etdirmək;
Rəqiblərin qiymət, kampaniya və xidmətlərini, həmçinin müştərilərin alış davranışlarını təhlil etmək;
Xidmətin tanınmasını və bazar payını artırmağa yönəlmiş təkliflər vermək;
Kampaniyalar üçün məzmun və vizual materiallara dair briflər hazırlamaq;
Yeni və aktiv müştəri sayı, ilk və təkrar sifarişlər, müştəri cəlbetmə xərci və kampaniya effektivliyi üzrə hesabatlar hazırlamaq.
Namizədə tələblər
Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
Rəqəmsal kampaniyaların planlaşdırılması və nəticələrinin təhlili üzrə praktiki təcrübə;
Meta Ads, Google Ads və Google Analytics alətləri üzrə biliklər;
Müştəri seqmentləşdirilməsi, müştəri cəlbi və loyallıq kampaniyaları barədə anlayış;
Excel və ya Google Sheets vasitəsilə məlumatları təhlil etmək və hesabat hazırlamaq bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
Analitik düşüncə, təşəbbüskarlıq, planlama və komanda ilə işləmək bacarığı.
Üstünlük veriləcək
E-ticarət, karqo, logistika xidmətlərində iş təcrübəsi;
CRM sistemləri, e-mail, SMS və push bildiriş kampaniyaları ilə iş təcrübəsi;
Müştəri və sifariş sayının artırılması üzrə ölçülə bilən nəticələr;
Türk və ingilis dili bilikləri.
Vakansiya şərtləri
Vakansiya növü: Tam ştat
İmtiyazlar
Nahar təminatı
Könüllü tibbi sığorta
Push30 dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
