Vakansiya haqqında
Vakansiya haqqında
Strateji əhəmiyyətli biznes mərkəzində daxili nəzarət proseslərinin həyata keçirilməsi, təhlükəsizlik sistemlərinin izlənilməsi və
nəzarət mexanizmlərinin təmin edilməsi məqsədilə məsuliyyətli və diqqətli əməkdaş axtarılır.
Əsas vəzifələr
Biznes mərkəzində daxili nəzarət proseslərini həyata keçirmək;
Mövcud müşahidə və təhlükəsizlik sistemlərinə nəzarət etmək;
Nəzarət prosesləri zamanı aşkarlanan uyğunsuzluqları müəyyən etmək;
Şübhəli hallar barədə rəhbərliyə vaxtında məlumat vermək;
Daxili qayda və prosedurların icrasına nəzarət etmək;
Müvafiq hesabatların hazırlanmasını və məlumatların qeydiyyatını təmin etmək.
Namizədə tələblər
Ali təhsil üstünlükdür;
Yaş həddi 25–40;
Məsuliyyətli, diqqətli və intizamlı olmalıdır;
Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
Kompüter və texniki avadanlıqlardan istifadə bacarığı;
Komandada işləmək bacarığı;
IT sahəsində bilik və bacarıqların olması üstünlükdür;
Müşahidə və nəzarət sistemləri ilə işləmək bacarığı üstünlükdür.
Təklif olunur
Nahar şirkət tərəfindən təmin olunur;
Nizamlı iş şəraiti;
Peşəkar iş mühiti.
İş yeri: 28 May ərazisində yerləşən biznes mərkəzi
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər Cv-sini “Daxili nəzarət” başlığı altında hr@alterum.pm elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
