Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Novex Group

Daxili nəzarət və komplayens üzrə mütəxəssis (1 illik müvəqqəti müqavilə)

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

İşin təsviri: Şirkətin daxili siyasət və prosedurlarına, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi məqsədilə nəzarət prosedurlarının planlaşdırılması, icrası və test edilməsi; Daxili nəzarət mühitinin effektivliyinin qiymətləndirilməsi, aşkar edilmiş boşluqlar üzrə təhlillərin aparılması və təkmilləşdirmə tövsiyələrinin verilməsi; Müntəzəm komplayens və daxili nəzarət hesabatlarının hazırlanması, nəticələrin aidiyyəti daxili tərəflərə təqdim edilməsi; Auditlər, risk qiymətləndirmələri və daxili araşdırmalar çərçivəsində tələb olunan məlumatların toplanması, təhlili və sənədləşdirilməsi; Müəyyən edilmiş uyğunsuzluqlar və nəzarət boşluqları üzrə düzəldici tədbirlərin hazırlanmasının koordinasiyası, icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi; Müxtəlif biznes bölmələri ilə əməkdaşlıq edərək proses risklərinin müəyyənləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi; Daxili siyasət, prosedur və nəzarət mexanizmlərinin hazırlanması və yenilənməsi prosesində iştirak; Tələblər: Təhsil – Ali (Mühasibat uçotu, maliyyə, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi) Daxili nəzarət, komplayens, risklərin idarə edilməsi, audit və ya maliyyə sahəsində ən azı 2-3 il iş təcrübəsi; Azərbaycan dili üzrə sərbəst, ingilis dili üzrə işgüzar səviyyədə bilik üstünlük hesab olunur. Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı; ACCA, CIA, CISA və ya digər müvafiq peşəkar sertifikatlara sahib olmaq və ya sertifikat proqramlarında iştirak üstünlükdür; Daxili nəzarət çərçivələri, risk idarəetməsi və komplayens prinsipləri üzrə bilik; Analitik düşüncə, problem həll etmə və risklərin qiymətləndirilməsi bacarığı; İş şərtləri: İş qrafiki: 5 günlük iş həftəsi; İş saatları: 09:00 – 18:00; Rəqabətli əməkhaqqı; Könüllü tibbi sığorta; Təlim və inkişaf imkanları. Qeyd: Vəzifə 1 illik müddətli əmək müqaviləsi əsasında nəzərdə tutulub. Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Daxili nəzarət və komplayens üzrə mütəxəssis” qeyd etməklə career@totalbeverage.group elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.