Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Texno Home

Daxili nəzarət üzrə mütəxəssis

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vakansiya: Daxili nəzarət üzrə mütəxəssis Vəzifə öhdəlikləri * Mağaza və anbarlarda iş proseslərinə nəzarət etmək. * Müşahidə kameraları vasitəsilə əməkdaşların fəaliyyətini və iş qaydalarına əməl olunmasını yoxlamaq. * Kassa əməliyyatlarına, qiymət etiketlərinə və kampaniya qiymətlərinə nəzarət etmək. * Əməkdaşların işə davamiyyətini, gecikmələrini, fasilə və məzuniyyət qaydalarına əməl etməsini yoxlamaq. * Aşkar olunan nöqsanları qeyd etmək, aidiyyəti şəxslərdən izahat almaq və rəhbərliyə məlumat vermək. * Gündəlik yoxlamaların nəticələrinə əsasən hesabat və qeydlər hazırlamaq. * Şirkətdaxili qayda və prosedurların düzgün tətbiqinə nəzarət etmək. * Aşkar olunan problemlərin aradan qaldırılmasını təmin etmək. Namizədə tələblər * Ali və ya orta ixtisas təhsili. * Daxili nəzarət, monitorinq və ya pərakəndə satış sahəsində iş təcrübəsi arzuolunandır. * MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı. * Diqqətli, məsuliyyətli və dəqiq olmaq. * Məlumatları təhlil etmək və uyğunsuzluqları müəyyənləşdirmək bacarığı. * Yazılı hesabat və rəsmi məktublar hazırlamaq bacarığı. * Ünsiyyət qurmaq, kollektivlə işləmək və operativ qərar vermək bacarığı. * Məxfi məlumatları qorumaq və etik davranış qaydalarına riayət etmək. * Gərgin iş şəraitində işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı. İş şəraiti * İş qrafiki: razılaşma əsasında. * Əməkhaqqı: müsahibə əsasında. * İş yeri: baş ofis, mağazalar.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.