Vakansiya haqqında
TəsvirDaxili audit funksiyasında data əsaslı audit və davamlı audit yanaşmalarının tətbiqi və inkişafına aktiv töhfə vermək, o cümlədən analitik nəzarət mexanizmlərinin və avtomatlaşdırılmış audit prosedurlarının qurulmasında iştirak etmək. Audit proqramlarının hazırlanması, audit prosedurlarının icrası və audit sübutlarının toplanması istiqamətində dəstək;Audit nəticələri üzrə müşahidələrin, risk qiymətləndirmələrinin və tövsiyələrin hazırlanmasında dəstək;Audit tapıntıları üzrə razılaşdırılmış tədbirlər planlarının icra vəziyyətinin müntəzəm təqibi;Risk əsaslı audit yanaşmasının və daxili audit metodologiyasının inkişafına töhfə verilməsi;Data analitika alətlərindən istifadə etməklə audit prosedurlarının icrasında iştirak edilməsi və audit sübutlarının analitik üsullarla əldə edilməsinin təmin edilməsi;Daxili audit funksiyası daxilində davamlı audit (continuous auditing) və davamlı monitorinq yanaşmalarının qurulması və tətbiqi istiqamətində Data Analitikası və Avtomatlaşdırma komandası ilə əməkdaşlıq edilməsi;Təkrarlanan audit yoxlamalarının avtomatlaşdırılması və analitik əsaslı audit yanaşmalarının inkişafına töhfə verilməsi.Tələblərİqtisadiyyat, IT, statistika, data science və ya əlaqəli sahə üzrə təhsil;Kreditləşmə, əməliyyat, data analitika, biznes analitika, risk analitikası və ya audit analitikası sahəsində minimum 1 il iş təcrübəsi;SQL sorğu dili vasitəsilə aşağıdakı tapşırıqları icra edə bilmə: Məlumatların filtrlənərək çıxarılması və təhlili; Prosedurlar yazmaq proseslərin avtomatlaşdırılması; Create, insert funksiyalarından istifadə etməklə cədvəllər yarada bilmə; Parsing alətlərindən istifadə edə bilmə;Python proqramlaşdırma dili vasitəsilə təkrarlanan yoxlamalar üzrə avtomatlaşdırma işlərinin aparılması;Portfel simulyasiyalarının aparılması, müxtəlif risk ssenariləri üzrə portfelin təhlilinin həyata keçirilməsi;Power BI və ya digər BI alətləri ilə dashboard hazırlanması;Daxili audit prinsipləri və risk əsaslı audit yanaşması üzrə biliklər;Proseslərin, risklərin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi bacarığı;Ünsiyyət, komandada işləmə və təşəbbüskarlıq bacarıqları;İngilis dili üzrə texniki sənədlərlə işləmə və hesabat hazırlama bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
