Vakansiya haqqında
Struktur bölmə:Satış departamenti
– Birbaşa satış şöbəsi
Vəzifə
öhdəlikləri:
Birbaşa satış kanalında yeni müştəri cəlbi və
satış hədəflərinin icrası üzrə yüksək potensiallı imkanları müəyyən etmək və satış fəaliyyətini effektiv təşkil
etmək;
B2C və B2B
müştərilərlə danışıqları aparmaq, fərdi satış yanaşmaları və təqdimat həlləri
hazırlamaq;
Müştəri
ehtiyaclarının düzgün müəyyən edilməsinə, uyğun məhsul seçiminə və satış sənədlərinin tamlığına nəzarət
etmək;
Korporativ risk
potensialı olan müraciətlərin aidiyyəti B2B şöbələrinə düzgün və vaxtında yönləndirilməsini təmin
etmək;
Özünün cəlb etdiyi
və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış
sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının
inkişaf etdirilməsi;
Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən
ödənilməsinin təmin olunması;
Satış göstəricilərini təhlil etmək, rəhbərliyə hesabatlar təqdim
etmək.
Namizədə olan
tələblər:
Ali təhsil;
İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı
üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və
ya ingilis dili biliyi arzuolunandır;
MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək
bacarığı;
Yüksək
kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və
nəticəyönümlülük;
Mürəkkəb
müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə
təcrübə.
İş şərtləri:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
əsasən sənədləşmə;
İş
vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
İş yeri: Bakı şəhəri,Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
Karyera və peşəkar inkişaf üçün
imkanlar;
Peşəkar komandada
işləmək imkanı;
Tibbi
sığorta təminatı;
Push30.az
xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Birbaşa satış
üzrə baş mütəxəssis” qeyd etməklə CV-niziMüraciət etdüyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun
gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
