Vakansiya haqqında
Azmaş Lizinq MMC komandasına traktor və kənd təsərrüfatı texnikalarının satışı üzrə təcrübəli və ya bu sahədə inkişaf etmək istəyən satış mütəxəssisi axtarır.
Əmək haqqı: 1500 Azn + bonus
Əsas vəzifə öhdəlikləri:
Potensial müştərilərin axtarılması və yeni müştəri bazasının yaradılması;
Traktor və kənd təsərrüfatı texnikalarının müştərilərə təqdim edilməsi;
Müştərilərlə görüşlərin keçirilməsi və satış prosesinin idarə olunması;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun texnikanın təklif edilməsi;
Satış planlarının yerinə yetirilməsi;
Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
Müştərilərin texnikanın vaxtında və tam ödənişinə nəzarət;
Rəhbərliyə satış fəaliyyəti üzrə hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
Yaş: 22-50
Ali təhsil arzuolunandır.
Satış sahəsində iş təcrübəsi;
Kənd təsərrüfatı texnikaları barədə müvafiq biliyə malik olmaq;
Satış üzrə müştəri bazasının formalaşdırılması və idarəolunması bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarığı;
Korporativ müştərilərin cəlb olunması bacarığı;
Danışıqlar aparmaq və inandırma qabiliyyəti;
Komandada işləmək bacarığı;
MS Office proqramlarından istifadə bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş yeri: Qaradağ rayonu, Salyan şossesi ev 2
CV-lərinizi mövzu hissəsində “Satış üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
