Vakansiya haqqında
Struktur bölmə: Satış departamenti – Birbaşa satış şöbəsi
Vəzifə öhdəlikləri:
Birbaşa satış kanalında yeni müştəri cəlbi və satış hədəflərinin icrası üzrə yüksək potensiallı imkanları müəyyən etmək və satış fəaliyyətini effektiv təşkil etmək;
B2C və B2B müştərilərlə danışıqları aparmaq, fərdi satış yanaşmaları və təqdimat həlləri hazırlamaq;
Müştəri ehtiyaclarının düzgün müəyyən edilməsinə, uyğun məhsul seçiminə və satış sənədlərinin tamlığına nəzarət etmək;
Korporativ risk potensialı olan müraciətlərin aidiyyəti B2B şöbələrinə düzgün və vaxtında yönləndirilməsini təmin etmək;
Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
Satış göstəricilərini təhlil etmək, rəhbərliyə hesabatlar təqdim etmək.
Namizədə olan tələblər:
Ali təhsil;
İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə.
İş şərtləri:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
Karyera və peşəkar inkişaf üçün imkanlar;
Peşəkar komandada işləmək imkanı;
Tibbi sığorta təminatı;
Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Birbaşa satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
