Vakansiya haqqında
Struktur bölmə: Satış departamenti – Korporativ satış şöbəsi
Vəzifə öhdəlikləri:
Yeni korporativ müştərilərin cəlb edilməsi, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və satış prosesinin effektiv idarə olunması;
Korporativ müştərilərin biznes fəaliyyətinin, sığorta ehtiyaclarının və risk xüsusiyyətlərinin təhlil edilməsi, onların tələblərinə uyğun kompleks və fərdi sığorta həllərinin hazırlanmasının koordinasiyası;
Korporativ müştərilərin işçi heyətinə və əmlaklarına çarpaz satışların təşkili və bu istiqamətdə aidiyyəti struktur bölmələrlə əməkdaşlığın təmin edilməsi;
Mürəkkəb və yüksək riskli sığorta təkliflərinin hazırlanması zamanı Anderraytinq və digər aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata keçirilməsi;
Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
Korporativ satış proseslərinin təkmilləşdirilməsi, yeni müştəri cəlbi və mövcud portfelin inkişafı istiqamətində təşəbbüslərin irəli sürülməsi.
Namizədə olan tələblər:
Ali təhsil;
İş təcrübəsi: sığorta, satış və ya korporativ müştərilərlə iş üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
İri korporativ müştəri portfelinin müstəqil idarə edilməsi, mürəkkəb kommersiya danışıqlarının aparılması və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması üzrə təcrübə;
Kompleks sığorta təkliflərinin hazırlanması və satış nəticələrinin təhlili bacarığı.
İş şərtləri:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
Karyera və peşəkar inkişaf üçün imkanlar;
Peşəkar komandada işləmək imkanı;
Tibbi sığorta təminatı;
Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Korporativ satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
