Vakansiya haqqında
Vəzifə öhdəlikləri1. Təsdiq olunmuş təlim proqramlarına, trenajor ssenarilərinə və müəyyənləşdirilmiş təlim hədəflərinə əsasən hava gəmilərinin idarə olunmasını simulyasiya etməklə HHİ üzrə trenajor təlimlərinin həyata keçirilməsini təmin etmək.
2. Trenajor təlimləri zamanı hava gəmilərinin kursunu, sürətini, uçuş hündürlüyünü, qalxma və enmə sürətini, eləcə də digər zəruri uçuş göstəricilərini təlimin məqsəd və ssenarisinə uyğun şəkildə tənzimləmək.
3. Hava gəmilərinin uçuş trayektoriyalarını təlim ssenarisinə uyğun olaraq dəyişdirmək və onların müəyyən edilmiş marşrutlar üzrə hərəkətini təmin etmək.
4. Trenajor təlimlərinin icrası zamanı trenajor təlimatçısı və digər müvafiq təlim heyəti ilə koordinasiyalı şəkildə işləmək, təlimin məqsədinə, ssenarisinə və verilmiş göstərişlərə əsasən nəzərdə tutulmuş hava hərəkəti şəraitinin düzgün formalaşdırılmasını təmin etmək.
5. Yeni trenajor təlimlərinin və ssenarilərinin hazırlanması, mövcud məşqlərin təkmilləşdirilməsi prosesində öz fəaliyyət istiqaməti üzrə iştirak etmək və müvafiq təkliflər irəli sürmək.
6. Trenajor üzrə böyük təlimatçı ilə gündəlik trenajor işlərinin əlaqələndirilməsini həyata keçirmək.
7. Şöbə rəhbərinin göstərişinə əsasən və verilmiş səlahiyyətlər çərçivəsində trenajor fəaliyyəti və şöbənin fəaliyyət istiqaməti ilə əlaqəli digər müvafiq tapşırıqları icra etmək.
Tələblər1. HHİ üzrə trenajor sistemində psevdo-pilot vəzifəsinin funksiyalarını icra etmək, hava gəmilərinin kursunu, sürətini, uçuş hündürlüyünü, qalxma və enmə sürətini, eləcə də digər uçuş göstəricilərini idarə etmək, uçuş marşrutlarında dəyişikliklər aparmaq və hava gəmilərinin təyin olunmuş marşrutlar üzrə hərəkətini təmin etmək qabiliyyəti.
2. Trenajor məşqlərinin məqsəd və ssenariləri, psevdo-pilot fəaliyyətinə aid müvafiq HHİ terminləri, əsas uçuş göstəriciləri və trenajor sisteminin funksional xüsusiyyətləri barədə biliklərə malik olmaq.
3. Microsoft Office tətbiqlərindən, korporativ informasiya sistemlərindən, HHİ üzrə trenajor platformalarından və psevdo-pilot iş yerində istifadə edilən müvafiq informasiya və texniki avadanlıqlardan istifadə etmək bacarığı.
4. Dil biliyi: ingilis dili – minimum Intermediate (B1) səviyyəsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
