Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Merkuri BOKT

Təlim və inkişaf meneceri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

“Merkuri” Bank Olmayan Kredit Təşkilatı “Təlim və İnkişaf meneceri” vəzifəsi üzrə namizədləri əməkdaşlığa dəvət edir. Vəzifə öhdəlikləri Təlim proqramlarının hazırlanması və idarə olunması Kredit departamentinin tələblərinə uyğun olaraq kredit mütəxəssislərinin hazırlanması üçün təlim proqramlarının hazırlanması və tətbiqi Kredit və lizinq məhsullarının marketinqi, satışı, monitorinqi və kredit portfellərinin idarə edilməsi ilə bağlı tədris materiallarının hazırlanması Yeni əməkdaşlar üçün adaptasiya və onboarding proqramlarının hazırlanması və idarə edilməsi Strukturlaşdırılmış və mütəmadi yenilənən bilik bazasının (knowledge base) yaradılması və idarə olunması Soft və hard skills təlimlərinin keçirilməsi Soft skills təlimləri: Ünsiyyət və dinləmə bacarıqları Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyəti Stress və münaqişələrin idarə edilməsi Kritik düşüncə və problem həll etmə bacarıqları Komanda işi və liderlik bacarıqları Hard skills təlimləri: Şirkətin sistem və proqramları üzrə texniki təlimlərin keçirilməsi Şirkətin daxili məhsul və prosesləri üzrə təlimlərin təşkili Yeni sistem və funksionallıqlara uyğunlaşma təlimlərinin təşkili Təlimlərin effektivliyinin ölçülməsi və izlənməsi Təlimlərin effektivliyini dəyərləndirmək üçün sorğular, testlər və digər ölçmə vasitələri ilə rəy toplanması Əməkdaşların performans göstəricilərinin (KPI-lar, keyfiyyət skorları və s.) izlənməsi və təhlili Təlimlərin biznes nəticələrinə təsirinin analiz edilməsi və müvafiq hesabatların hazırlanması Təhsil və iş təcrübəsi Ali təhsil Minimum 2-4 il Kredit sahəsində təlim və inkişaf üzrə iş təcrübəsi Təlim proqramlarının hazırlanması, icrası və qiymətləndirilməsi üzrə təcrübə Şəxsi keyfiyyətlər və bacarıqlar Güclü pedaqoji bacarıqlar və mentorluq qabiliyyəti Yüksək səviyyədə ünsiyyət, təqdimat və inandırma bacarıqları Analitik düşüncə və problem həll etmə bacarığı Müasir təlim metodologiyaları və yetkinlik əsaslı inkişaf alətləri barədə biliklər Müxtəlif səviyyəli əməkdaşlarla səmərəli ünsiyyət qurmaq və onları motivasiya etmək bacarığı Çevik və adaptiv yanaşma, dəyişikliklərə tez uyğunlaşmaq qabiliyyəti Maraqlanan namizədlər CV-lərini Mövzu/Subject hissəsində “Təlim və inkişaf meneceri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.