Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Insurance

Bərdə nümayəndəliyinin rəhbəri

Maaş göstərilməyib

BərdəMənbə: Vezife.az

Vakansiya haqqında

Bərdə nümayəndəliyinin rəhbəri Vakansiya haqqında PAŞA Sığorta ASC Bərdə nümayəndəliyinin rəhbəri vəzifəsi üzrə müraciətləri qəbul edir və namizədləri peşəkar komandaya qoşulmağa dəvət edir. Bu vəzifə Bərdə nümayəndəliyinə rəhbərlik etməyi, satış məqsədlərinə çatmaq və Qarabağ regionunda bazar payını artırmaq üçün strateji yanaşmalar hazırlayıb həyata keçirməyi nəzərdə tutur. Namizəd komandanı idarə etməli, müştəri əlaqələrini möhkəmləndirməli, nümayəndəliyin gündəlik işini səmərəli şəkildə təşkil etməli və şirkətin korporativ standartlarına uyğunluğu təmin etməlidir. Öhdəliklər Nümayəndəliyin gündəlik fəaliyyətini idarə etmək, iş proseslərinin səmərəliliyini artırmaq və effektiv iş mühiti formalaşdırmaq; Əməkdaşları daxili prosedurlar, təlimatlar və siyasətlərlə tanış etmək, icraya nəzarət etmək; Satış hədəflərinə çatmaq üçün planlar hazırlamaq və onları həyata keçirmək; Aylıq və rüblük dövriyyəni izləmək, satış planının icrasına nəzarət aparmaq; Regionda satış imkanlarını araşdırmaq və faktiki satış nəticələrini planla müqayisəli təhlil etmək; İllik büdcə və satış planlarının hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək; Şirkətin həyata keçirdiyi layihələrin region üzrə icrasına nəzarət etmək; Satış komandasına, o cümlədən ofis işçiləri, agentlər və subagentlərə rəhbərlik etmək və onların fəaliyyətini koordinasiya etmək. Bilik və bacarıqlar Sığorta qanunvericiliyi üzrə yaxşı biliklər; Satış texnikaları üzrə yaxşı biliklər; İdarəetmə və koordinasiya bacarığı; Satış planlaşdırılması bacarığı; Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı; Stressə davamlılıq və mübahisəli məsələləri idarə etmək bacarığı; Dəqiqlik və məsuliyyətlilik; Dil bilikləri: Azərbaycan dili. Təhsil və iş təcrübəsi Ali təhsil (Biznes, Maliyyə, Marketinq və ya əlaqəli sahələr üzrə); Müvafiq sahədə 2-3 il iş təcrübəsi. Biz təklif edirik Dəyər yaradan iş Qərarvermə proseslərində iştirak etmək, dəyişikliklərə töhfə vermək və şirkətin uğuruna dəstək olmaq imkanı. Birgə inkişaf edən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Bilik və bacarıqlarınızı artırmaq, təcrübənizi genişləndirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizin dəyər gördüyü, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza dəstək verilən iş mühiti. Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər. Yalnız ilkin seçim meyarlarına uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Bərdə nümayəndəliyinin rəhbəri

PASHA Insurance

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Rəhbərlik / İdarə Heyəti / Direktorluq/ Müdriyyət / İnzibati heyət
AzVak.az Aktiv vakansiya
Ətraflı

Kredit mütəxəssisi (istehlak)

Alfa Kapital BOKT MMC

Maaş göstərilməyib

Şəhər
Bərdə
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Maliyyə
Vezife.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.