Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Tempus MMC

Bölgə meneceri (Bərdə )

BərdəMənbə: HRIN.az

Vakansiya haqqında

İş barədə məlumat: • Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək; • İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək; • Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, məhsullar haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlərin keçirilməsi; • Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq; • Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək; • Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək; • Həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Namizədə tələblər: • Ali və ya orta ixtisas təhsili (tibbi təhsil üstünlükdür); • Əczaçılıq sahəsində iş təcrübəsi mütləqdir; • Komanda idarəetmə, liderlik və qərarvermə bacarıqları; • Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti; • Nizam-intizamlı, məsuliyyətli olmaq və hərəkətli iş rejimində işləməyi bacarmaq; • MS Office proqramları ilə işləmə bacarığı. Şirkət təklif edir: • Rəqabətədavamlı əmək haqqı; • Peşəkar komanda ilə işləmək imkanı; • Karyera və inkişaf perspektivləri.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.