Vakansiya haqqında
ALFA KAPİTAL BOKT MMC region filiallarında komandasını genişləndirir və Bərdə, Gəncə, Salyan, Qazax və Qarabağda işləmək istəyən namizədləri əməkdaşlığa dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
Potensial müştərilərin cəlb olunması və kredit məhsullarının təqdim edilməsi;
Kredit müraciətlərinin qəbul edilməsi və ilkin təhlilinin aparılması;
Müştərilərin maliyyə durumunun və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
Kredit portfelinə nəzarət və ödənişlərin izlənilməsi;
Gecikmiş ödənişlərin azaldılması istiqamətində tədbirlərin görülməsi;
Yeni müştəri bazasının formalaşdırılması və satış hədəflərinin yerinə yetirilməsi.
Namizədə tələblər:
Ali və ya orta ixtisas təhsili;
Bank və ya BOKT sahəsində təcrübə üstünlükdür;
Güclü ünsiyyət və satış bacarığı;
Analitik yanaşma, məsuliyyətlilik və öyrənməyə həvəs;
MS Office proqramlarından istifadə bacarığı;
Regionda işləmək imkanı;
Yaş həddi: 20-35.
Biz nə təklif edirik?
Rəsmi əməkdaşlıq və ödənişli təcrübə imkanı;
Vəzifə və əməkdaşlıq şərtlərinə uyğun olaraq əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
Peşəkar inkişaf və karyera yüksəlişi;
Dinamik və dəstəkləyici iş mühiti;
5 günlük iş qrafiki;
Korporativ mobil nömrə.
CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin və müraciətinizdə işləmək istədiyiniz şəhəri qeyd edin.
Mövzu: Kredit mütəxəssisi (İstehlak) – Bərdə / Gəncə / Salyan / Qazax / Qarabağ
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
