Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bank Respublika ASC

Backend developer (Java) üzrə aparıcı mütəxəssis

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Təsvir Java 11/17/21 və Spring Boot istifadə etməklə yüksək yüklü backend sistemlərinin layihələndirilməsi və hazırlanması; Mikroservis arxitekturasının qurulması, texniki yanaşmaların seçilməsi və arxitektura standartlarının formalaşdırılması; REST API-lərin hazırlanması, versiyalanması və məhsuldarlığının artırılması; Sistemlərin miqyaslana bilməsinin, etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi; PostgreSQL və Oracle verilənlər bazaları ilə işləmək, sorğuların optimallaşdırılması; RabbitMQ, Apache Kafka və Redis texnologiyaları üzrə biliklərin tətbiqi; Bank sistemləri və inteqrasiya platformaları ilə mürəkkəb inteqrasiyaların həyata keçirilməsi; Code Review proseslərinin aparılması, Clean Code yanaşmasının və Best Practices prinsiplərinin komandada tətbiqinə nəzarət edilməsi. Tələblər Ali təhsil, xüsusilə İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya digər əlaqəli sahələr üzrə təhsil üstünlükdür; Backend proqram təminatının hazırlanması sahəsində minimum 2–5 il iş təcrübəsi; Java Core və Spring Boot üzrə dərin biliklər; Hibernate/JPA ilə işləmə və verilənlər bazasının performansını optimallaşdırma təcrübəsi; Mikroservis arxitekturasının dizaynı və layihələndirilməsi üzrə praktiki təcrübə; PostgreSQL və Oracle kimi əlaqəli verilənlər bazaları üzrə güclü biliklər; Git versiya nəzarət sistemi və CI/CD prosesləri ilə iş təcrübəsi; Maven və ya Gradle build alətləri ilə işləmə bacarığı; Multithreading, Concurrency və Transaction Management üzrə dərin biliklər; System Design prinsipləri və yüksək yüklü sistemlərlə iş təcrübəsi; Keycloak ilə praktiki iş təcrübəsi üstünlükdür; API Gateway həlləri, o cümlədən Gravitee və ya oxşar platformalarla təcrübə üstünlükdür; Camunda (BPMN) üzərindən biznes proseslərinin avtomatlaşdırılması təcrübəsi üstünlükdür; Docker və konteyner orkestrasiya platformaları barədə biliklər üstünlükdür; Monitoring və Observability alətləri, məsələn Prometheus, Grafana, ELK ilə iş təcrübəsi üstünlükdür; Agentic AI alətlərindən və funksiyalarından, o cümlədən Agents, MCP, Hooks, Rules, Skills, Commands və s. səmərəli istifadə bacarığı. Şəxsi bacarıqlar Komandaya texniki liderlik göstərmək və mentorluq etmək bacarığı; Mürəkkəb texniki məsələləri analiz edib düzgün qərarlar vermək bacarığı; Komanda daxilində və müxtəlif funksional komandalarla effektiv əməkdaşlıq və ünsiyyət qurmaq bacarığı; Nəticəyönümlü, məsuliyyətli, təşəbbüskar və yüksək özünütəşkil bacarığı; Yeni texnologiyaları, alətləri və yanaşmaları öyrənməyə, tətbiq etməyə və əldə olunan bilikləri komanda ilə bölüşməyə yüksək motivasiya. Vakansiya şərtləri Tam ştat. Müraciət qaydası Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.