Vakansiya haqqında
Təsvir
SME və korporativ müştərilərin kredit müraciətləri üzrə maliyyə və qeyri-maliyyə təhlilinin aparılması;
Borcalanların maliyyə vəziyyətinin, pul axınlarının və kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
Maliyyə hesabatlarının, biznes planlarının və digər müvafiq sənədlərin təhlil edilməsi;
Kredit risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi, habelə müvafiq risk rəylərinin hazırlanması;
Kredit təklifləri üzrə anderraytinq rəylərinin və qərar layihələrinin hazırlanması;
Müştərilərin fəaliyyət göstərdiyi sektorlar üzrə bazar və sənaye təhlillərinin aparılması;
Kredit siyasətinə, prosedurlara və daxili qaydalara uyğunluğun təmin edilməsi;
Kredit komitələri üçün təqdimatların və hesabatların hazırlanması;
Kredit portfelinin keyfiyyətinin monitorinqində iştirak edilməsi;
Risklərin idarə edilməsi və biznes bölmələri ilə sıx əməkdaşlığın həyata keçirilməsi.
Tələblər
Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
Bank sektorunda SME və ya korporativ kredit təhlili və anderraytinq sahəsində minimum 2 il iş təcrübəsi;
Maliyyə hesabatlarının təhlili və maliyyə modelləşdirilməsi üzrə biliklər;
Kredit risklərinin qiymətləndirilməsi sahəsində peşəkar bilik və bacarıqlar;
MS Word, MS Excel, Outlook və digər ofis proqramlarından istifadə bacarığı;
Analitik düşünmə və qərarvermə bacarıqları;
Azərbaycan dilini səlis bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
