Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Movi-Baku MMC →

B2B satış mütəxəssisi

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Şirkətimiz xammal məhsullarının satışı və korporativ müştərilərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində komandamıza aktiv, ünsiyyətcil və nəticəyönümlü satış mütəxəssisi axtarır. Vəzifə öhdəlikləri Azərbaycan bazarında potensial müştərilərin, xüsusilə iri zavodların, fabriklərin və istehsalat müəssisələrinin müəyyən edilməsi, yeni müştəri bazasının yaradılması; Xammal məhsullarının satışı üçün istehsalat müəssisələri və korporativ müştərilərlə əlaqələrin qurulması; Potensial müştərilər üçün kommersiya təkliflərinin hazırlanması və göndərilməsi; Müştərilərlə görüşlərin və işgüzar danışıqların təşkili və aparılması; Şirkətin təqdim etdiyi məhsul çeşidinin, texniki xüsusiyyətlərinin və tətbiq sahələrinin öyrənilməsi; Müştərilərə məhsullar barədə ətraflı məlumat verilməsi və məhsul təqdimatlarının keçirilməsi; Müştəri ehtiyaclarının müəyyən olunması və onlara uyğun məhsulların təklif edilməsi; Mövcud müştərilərlə əlaqələrin davam etdirilməsi və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi; Satış prosesinin ilk əlaqədən müqavilənin bağlanmasına qədər izlənilməsi; Görülən işlər, keçirilən görüşlər və satış nəticələri barədə mütəmadi hesabatların hazırlanması. Namizədə tələblər Satış sahəsində minimum 2 il iş təcrübəsi; B2B satış və korporativ müştərilərlə iş təcrübəsinin olması; Azərbaycan dilində sərbəst və səlis ünsiyyət bacarığı; Rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək; Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı; Yeni müştərilərin cəlb edilməsi və işgüzar əlaqələrin qurulması bacarığı; MS Office proqramlarından istifadə bacarığı; Məsuliyyətli, təşəbbüskar, çevik və nəticəyönümlü olmaq; Komandada və müstəqil şəkildə işləmək bacarığı; İstehsalat, sənaye və ya xammal məhsullarının satışı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək. İş şəraiti İş yeri: Bakı şəhəri; İş qrafiki: Tam iş günü; Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Korporativ müştərilərlə və iri istehsalat müəssisələri ilə işləmək imkanı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış mütəxəssisi (B2B)” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.