Vakansiya haqqında
SAT Group komandasına qoşul!
Hazır
200+ şirkətdən ibarət müştəri bazası ilə işləmək
Kiçik
və Orta Biznes (KOB) müştəriləri ilə B2B satış və biznes inkişafı
650
AZN fix + bonuslar | Orta gözlənilən gəlir 800–1,200 AZN
SAT Group 12 ildir insan kapitalının inkişafı, korporativ təlim,
konsaltinq və müasir HR həlləri sahəsində fəaliyyət göstərir və bu müddət ərzində
1,700+ şirkətlə əməkdaşlıq edib.
Hazırda komandamıza Kiçik və Orta Biznes (KOB) müştəriləri
ilə işləyəcək B2B Satış Mütəxəssisi axtarırıq.
Bu vəzifədə sən yalnız bir məhsul deyil, SAT Group-un
korporativ təlim, açıq təlim, konsaltinq və müasir HR həllərini müştərilərə təqdim
edəcək və satışını həyata keçirəcəksən.
Səni hansı işlər gözləyir?
Sənə təqdim
olunan 200+ şirkətdən ibarət hazır müştəri bazası ilə işləmək;
Mövcud
şirkətlərlə əlaqə yaratmaq və onların ehtiyaclarını müəyyənləşdirmək;
Potensial
müştərilərlə görüşlər təşkil etmək;
SAT
Group-un xidmət və həllərini müştərinin ehtiyacına uyğun təqdim etmək;
Təklif
hazırlamaq və satış prosesini nəticəyə çatdırmaq;
Mövcud
müştərilərlə əlaqələri inkişaf etdirmək və əlavə satış imkanlarını müəyyənləşdirmək;
Marketinq
fəaliyyəti nəticəsində bazaya daxil olan yeni potensial müştərilərlə işləmək;
CRM-də
müştəri və satış imkanlarını düzgün idarə etmək;
Satış
hədəflərinə çatmaq və nəticələri izləmək.
Sənin üçün əsas üstünlük
Sən müştəri bazasını sıfırdan yaratmayacaqsan.
İşə başladıqda sənə ən azı 200 şirkətdən ibarət hazır müştəri
bazası təqdim ediləcək. Bundan əlavə, SAT Group-un marketinq fəaliyyəti nəticəsində
bazana mütəmadi olaraq yeni potensial müştərilər əlavə olunacaq.
Peşəkarlaşdıqca isə daha böyük və daha ciddi müştərilərlə
işləmək imkanı əldə edəcəksən. Bu da həm məsuliyyətini, həm də gəlir
potensialını artıracaq.
Səndə hansı səriştələri görmək istəyirik?
Kommunikasiya
və təqdimat
Nəticəyönümlülük
Təsir
göstərmə və inandırma
Aktiv
dinləmə
Öyrənmə
çevikliyi
Təşəbbüskarlıq
Komanda
işi
Tələblər
Minimum
1 il satış təcrübəsi;
Ali təhsil;
B2B
satış təcrübəsi üstünlükdür;
Güclü
kommunikasiya və inandırma bacarığı;
Nəticə
və hədəf yönümlü olmaq;
Müştərilərlə
uzunmüddətli münasibət qurmaq bacarığı;
Yeni məhsul
və xidmətləri tez öyrənmək bacarığı;
CRM və
MS Office / Google Workspace bilikləri;
Azərbaycan
dilində səlis danışıq və yazı.
B2B satış təcrübən yoxdursa, lakin satış sahəsində minimum 1
il təcrübən və inkişaf etmək istəyin varsa, müraciət edə bilərsən.
Nə təklif edirik?
650
AZN sabit əmək haqqı + satış bonusları
Orta
gözlənilən aylıq gəlir:
800–1,200
AZN
Bundan əlavə:
Hazır
200+ şirkətdən ibarət müştəri bazası;
Marketinq
tərəfindən mütəmadi yeni potensial müştərilərin təqdim edilməsi;
Peşəkarlaşdıqca
daha böyük və daha ciddi müştərilərlə işləmək imkanı;
Hər il
nəticələrə əsasən vəzifə dərəcəsini və sabit əmək haqqını artırmaq imkanı;
SAT
Group tərəfindən satış və idarəetmə yönümlü təlimlər;
Korporativ
təlim, konsaltinq və müasir HR həlləri üzrə praktiki bilik;
Çoxsaylı
şirkətlərlə işləmək və real B2B satış təcrübəsi;
Peşəkar
və karyera inkişafı imkanı.
İş şəraiti
İş
qrafiki: 5 iş günü, 09:00–18:00
Əlavə
təlim: Ayda 1 dəfə şənbə günü tam gün şirkətdaxili təlim
İş
yeri: Bakı, Ağ Şəhər
İş
formatı: Tam iş günü
Bu vəzifə kimə uyğundur?
Əgər sən:
satış
sahəsində artıq müəyyən təcrübəyə maliksənsə;
hazır
müştəri bazası üzərində işləyərək satış bacarıqlarını inkişaf etdirmək istəyirsənsə;
insanlarla
ünsiyyət qurmaqdan zövq alırsansa;
hədəflərlə
işləmək səni motivasiya edirsə;
daha
ciddi müştərilərlə işləyərək karyeranda irəliləmək istəyirsənsə;
gəlirinin
peşəkarlığın və nəticələrin artdıqca yüksəlməsini istəyirsənsə —
səni SAT Group komandasına dəvət edirik!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
