Vakansiya haqqında
B2B Satış üzrə əməkdaşlıq təklifi
Hörmətli namizəd,
H.S. Solutions şirkəti mühasibat uçotu, vergi, audit, kadr və korporativ xidmətlər
sahəsində yeni korporativ müştərilərin cəlb edilməsi məqsədilə təcrübəli B2B satış mütəxəssisləri ilə xidmət
müqaviləsi əsasında əməkdaşlıq etmək istəyir.
Namizədə əsas tələblər
Soyuq B2B zənglər və aktiv satış sahəsində minimum 2 il praktiki təcrübə
(mütləqdir);
3 il və daha çox müvafiq təcrübəsi olan namizədlərə
üstünlük verilir;
Şəxsi potensial korporativ müştəri və biznes
əlaqələri bazasının olması (mütləqdir);
Şirkət rəhbərləri və
qərar qəbul edən şəxslərlə birbaşa əlaqə qurmaq təcrübəsi;
Müştəri
ehtiyaclarını müəyyən etmək, etirazlarla işləmək və görüşlər təyin etmək bacarığı;
Danışıqları real satış nəticəsinə çevirmək təcrübəsi;
Müstəqil fəaliyyət göstərmək və konkret satış nəticələrinə nail olmaq
bacarığı;
Telefon vasitəsilə inamlı və peşəkar
ünsiyyət;
Məsuliyyət, intizam və nəticəyönümlülük;
Azərbaycan dilində sərbəst ünsiyyət;
Rus dili
biliyi üstünlükdür;
İngilis dili biliyi əlavə
üstünlükdür.
Vacib: H.S. Solutions tərəfindən potensial
müştəri bazası təqdim edilmir. Satış mütəxəssisi öz korporativ əlaqə bazasından və açıq mənbələrdən istifadə etməklə
potensial müştəriləri müstəqil şəkildə müəyyən etməlidir.
Yalnız daxil
olan müraciətlərlə işləyən, soyuq B2B zəng təcrübəsi və şəxsi korporativ əlaqə bazası olmayan namizədlər nəzərdən
keçirilmir. Sıfırdan satış təlimi nəzərdə tutulmur.
Əsas xidmətlər və fəaliyyət istiqamətləri
Açıq mənbələrdən və şəxsi əlaqə bazasından istifadə etməklə potensial korporativ
müştərilərin tapılması;
Soyuq B2B zənglərin həyata
keçirilməsi;
Qərar qəbul edən şəxslərlə birbaşa əlaqənin
qurulması;
H.S. Solutions xidmətlərinin və onların biznes üçün
üstünlüklərinin təqdim edilməsi;
Potensial müştərilərin ehtiyaclarının
müəyyən edilməsi;
İlkin sualların cavablandırılması və etirazlarla
işlənilməsi;
Fərdiləşdirilmiş kommersiya e-poçtlarının
göndərilməsi;
Təkrar əlaqələrin (follow-up)
qurulması;
Keyfiyyətli onlayn və ofis görüşlərinin
təşkili;
Maraqlı müştərilər haqqında məlumatların şirkətə
ötürülməsi;
Müştərilərlə müqavilə bağlanmasına və ilk ödənişin həyata
keçirilməsinə qədər satış prosesinin müşayiət edilməsi;
Müştəri bazasının
yenilənməsi və nəticələrin izlənilməsi;
Göstərilmiş xidmətlər və əldə
edilmiş nəticələr barədə qısa hesabatların təqdim edilməsi.
Xidmətlər üzrə təxmini orta çeklər
Birdəfəlik xidmətlər (audit daxil olmaqla): təxminən 2 500
AZN;
Aylıq mühasibat və vergi xidmətləri: 1 200–1 500
AZN/ay.
Xidmətlərin yekun qiyməti müştərinin fəaliyyət sahəsindən, işin
həcmindən və xidmətin mürəkkəbliyindən asılı olaraq müəyyən edilir.
Əməkdaşlıq formatı və fəaliyyətin təşkili
Əməkdaşlıq xidmət müqaviləsi əsasında və tam məsafədən həyata
keçirilir.
Sərbəst fəaliyyət qrafiki nəzərdə tutulur. Ofisə
gəlmək tələb olunmur.
Satış mütəxəssisi xidmətlərin göstərilmə
vaxtını və üsullarını müstəqil müəyyən edir.
Potensial korporativ
müştərilərlə əlaqələrin əsasən həftənin iş günlərində qurulması gözlənilir.
Variant 1 üzrə həftəlik fəaliyyət hədəfi 125–150 soyuq B2B zəng və 125–150 fərdiləşdirilmiş
kommersiya e-poçtudur.
Əsas iş yeri olan namizədlər də müraciət
edə bilərlər.
Digər şirkətlərlə paralel fəaliyyətə maraqların
toqquşması, birbaşa rəqabət və məxfilik öhdəliklərinin pozulması halları olmadığı təqdirdə icazə
verilir.
Potensial müştəri bazası satış mütəxəssisi tərəfindən müstəqil
formalaşdırılır və təqdim edilir.
Həyata keçirilmiş fəaliyyət və satış
nəticələri barədə qısa hesabat təqdim olunur.
Əməkdaşlıq və ödəniş şərtləri
Namizədlərə iki alternativ əməkdaşlıq variantı təklif olunur.
Variant 1 — Sabit xidmət haqqı + komissiya
Aylıq sabit xidmət haqqı: 400–600 AZN (namizədin təcrübəsi, kvalifikasiyası
və mövcud əlaqə bazasından asılı olaraq);
Birdəfəlik xidmətlər üzrə cəlb
edilmiş müştəridən faktiki daxil olmuş ilk ödənişin 10%-i;
Aylıq xidmət müqavilələri üzrə cəlb edilmiş müştəridən ilk 3 ay ərzində faktiki daxil olan hər
aylıq ödənişin 10%-i;
Tam məsafədən
fəaliyyət;
Sərbəst fəaliyyət qrafiki;
Həftəlik fəaliyyət hədəflərinin yerinə yetirilməsi;
Gündəlik qısa fəaliyyət hesabatının təqdim edilməsi.
Aylıq fəaliyyət və satış hədəfləri (Variant 1):
Təxminən 525–660 soyuq B2B zəng;
Təxminən
525–660 fərdiləşdirilmiş kommersiya e-poçtu;
Ən azı 10 keyfiyyətli
potensial müştəri görüşünün təşkili;
Hədəf olaraq ən azı 2 yeni
müştərinin cəlb edilməsi;
Onlardan ən azı 1 yeni müştərinin aylıq xidmət
müqaviləsinə cəlb edilməsi;
Minimum 6 000 AZN məbləğində faktiki
ödənilmiş xidmət satışı.
Gəlir sabit xidmət haqqından və faktiki satış
nəticələrinə əsasən hesablanan komissiyalardan formalaşır.
Variant 2 — Sabit ödəniş olmadan, yalnız komissiya
Aylıq sabit xidmət haqqı nəzərdə tutulmur;
Birdəfəlik xidmətlər üzrə faktiki daxil olmuş ödənişin
15%-i;
Aylıq xidmət müqavilələri üzrə ilk aylıq faktiki
ödənişin 30%-i, birdəfəlik komissiya şəklində;
Tam
məsafədən fəaliyyət;
Sərbəst fəaliyyət qrafiki;
Məcburi gündəlik və həftəlik zəng və e-poçt sayı müəyyən edilmir;
Gəlir tamamilə əldə edilmiş satış nəticələrindən asılıdır;
Həyata keçirilmiş fəaliyyət, görüşlər və satış nəticələri barədə gündəlik qısa hesabat təqdim
edilir.
Komissiyaların hesablanması: Hər iki variantda komissiyalar yalnız satış
mütəxəssisinin birbaşa cəlb etdiyi müştərilərdən H.S. Solutions şirkətinin faktiki əldə etdiyi ödənişlər əsasında
hesablanır.
Əlavə şərtlər
Satış mütəxəssisinin əsas məsuliyyəti potensial korporativ müştərilərin tapılması,
ilkin əlaqələrin qurulması, ehtiyaclarının müəyyən edilməsi, görüşlərin təşkili və müqavilə bağlanmasına qədər satış
prosesinin müşayiət olunmasıdır.
Müştərilərə sonrakı peşəkar mühasibat,
vergi, audit, kadr və korporativ xidmətlər H.S. Solutions şirkətinin mütəxəssisləri tərəfindən
göstərilir.
Fəaliyyətin qiymətləndirilməsində yalnız zəng və e-poçt sayı
deyil, həmçinin keyfiyyətli görüşlər, real müştəri marağı, bağlanmış müqavilələr və faktiki satış nəticələri nəzərə
alınır.
Satış mütəxəssisi digər şirkətlərlə paralel əməkdaşlıq edə bilər.
Bununla belə, H.S. Solutions şirkətinin kommersiya maraqlarına zidd fəaliyyətə, məxfi məlumatların üçüncü şəxslərə
ötürülməsinə və digər şirkətlərə məxsus əlaqə bazalarından qanunsuz istifadəyə yol verilmir.
Maraqlanan namizədlərdən CV-lərini, yuxarıda qeyd olunan 6 suala qısa və konkret
cavablarını, həmçinin seçdikləri əməkdaşlıq variantınıMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
E-poçtun mövzu hissəsində seçilən variant qeyd edilməlidir:
B2B Satış – Variant 1
B2B Satış – Variant
2
Yalnız minimum 2 il soyuq B2B zəng təcrübəsi, şəxsi korporativ əlaqə bazası olan
və tələb olunan məlumatları tam təqdim edən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
