Vakansiya haqqında
İşin təsviri
Bimpact Araşdırma və Konsaltinq şirkəti müxtəlif marketinq və sosial sorğu layihələrində iştirak edəcək Anketçi (Müsahibəçi) axtarır. Namizəd respondentlərlə üz-üzə ünsiyyət formatında müsahibə keçirəcək və məlumatları proqrama daxil edəcək. Sorğu prosesi mobil tətbiq vasitəsilə idarə olunur, əməkdaş yalnız sualları səsləndirir və cavabları proqrama daxil edir.
Vəzifə öhdəlikləri
Sorğuları respondentlərlə üzbəüz keçirmək
Sualları aydın və düzgün izah etmək, cavabları anketə qeyd etmək
Toplanmış məlumatların dəqiq, səlis və oxunaqlı olmasını təmin etmək
Respondentlərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq
Layihə müddətlərinə riayət etmək və anketləri vaxtında təqdim etmək
Namizədə tələblər
20 – 50 yaş aralığı
Minimum orta təhsil
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
İnsanlarla işləməyi sevən, aktiv və məsuliyyətli
İşə ciddi yanaşan, sözündə və davranışında etibarlı
Şirkətin təklif etdiyi üstünlüklər
Rəqabətli işəmuzd əmək haqqı (gündə 4-5 saat işləməklə 40-50 AZN qazana bilərsiniz)
İstəyə bağlı vaxtaşırı əmək haqqını ala bilmə imkanı
Sərbəst iş qrafiki
Araşdırma sahəsində praktiki təcrübə qazanılması
Fərqli insanlarla ünsiyyət və sosial bacarıqların inkişafı
Tələbələr üçün sertifikat
Müraciət
Whatsapp və ya E-mail üzərindən CV və ya özünüz haqqında qisa məlumat göndərərək müraciət edə bilərsiniz. Müraciətlər zəng vasitəsilə qəbul edilmir.
Mobil (Whatsapp): +99451 627 8240
Sabit xətt: +99412 464 84 03
Vebsayt: https://bimpact.az/
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
