Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Zəif axın və aşağı gərginlikli sistemlərin quraşdırılması, kabel çəkilişi, texniki
sazlanması və bərpasını həyata keçirmək;
Giriş-çıxışa nəzarət
sistemlərinin (ACS), biometrik oxuyucuların, domofonların, turniketlərin və şlaqbaumların quraşdırılması və
proqramlaşdırılmasını həyata keçirmək;
Təhlükəsizlik və videomüşahidə
sistemlərinin quraşdırılması, sazlanması və texniki baxışını təmin etmək;
IP kameraların, NVR/DVR avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və şəbəkəyə
qoşulmasını həyata keçirmək;
CAT5e/CAT6 kabellərinin çəkilişini və şəbəkə
bağlantılarının qurulmasını təmin etmək;
Şəbəkə və digər zəif axın
sistemlərində yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
Quraşdırılmış avadanlıqların düzgün və fasiləsiz işləməsinə nəzarət
etmək;
Zəruri hallarda digər filiallarda və regionlarda montaj və texniki
xidmət işlərini yerinə yetirmək.
Namizədə tələblər
Müvafiq sahə üzrə minimum 1–2 il iş təcrübəsi;
Zəif axın və aşağı gərginlikli sistemlər üzrə praktiki biliklər;
CAT5e/CAT6 kabelləri ilə işləmək bacarığı;
Giriş-çıxışa nəzarət sistemləri (ACS), biometrik oxuyucular, domofon, turniket və
şlaqbaumların quraşdırılması və proqramlaşdırılması üzrə biliklər;
Videomüşahidə, təhlükəsizlik və telekommunikasiya infrastrukturlarının montajı və texniki
sazlanması üzrə biliklər;
Baza şəbəkə bilikləri;
Drel, laqonda, perforator və digər texniki alətlərdən istifadə etmək
bacarığı;
Nərdivanla təhlükəsiz işləmək bacarığı;
Məsuliyyətli olmaq, komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək
bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsinin olması
üstünlükdür;
Zəruri hallarda regionlara səfər etmək
imkanı.
İş şəraiti
5 günlük iş qrafiki;
Əmək haqqı namizədin
bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına, mövzu hissəsində “Zəif axın sistemləri üzrə texnik” qeyd etməklə göndərmələri xahiş
olunur.
Əlaqə nömrəsi: 055 203 44 39
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə
saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
