Vakansiya haqqında
Əsas vəzifələr
Dəyərlisən layihəsinin inkişafının təmin olunması;
Strateji əməkdaşlıqların və işçi bağlılığına təsir edən istiqamətlər üzrə partnyorluqların qurulması;
Partnyorlarla danışıqların aparılması və müqavilələrin imzalanmasına nəzarət edilməsi;
Portfel ilə bağlı aylıq və rüblük təhlillərin hazırlanması;
Bazarda yeniliklərin (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi.
Tələblər
Ali təhsil;
Korporativ və partnyorlarla iş üzrə minimum 2 il iş təcrübəsi;
Azərbaycan dili əla səviyyədə tələb olunur, Rus və ya İngilis dili biliyi üstünlükdür;
MS Office proqramı üzrə yüksək səviyyədə biliklər;
Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Güclü analitik düşüncə və problem həlletmə qabiliyyəti;
Müstəqil və komandada işləmə qabiliyyəti;
Məsuliyyətlilik və nəticəyönümlülük;
Operativlik, eyni anda bir neçə işi planlaşdırmaq, prioritetləşdirmək və paralel şəkildə idarə etmək qabiliyyəti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
