Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABB

Bank sistemlərinin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi

Razılaşma ilə

Şəhər göstərilməyibMənbə: Hellojob.az

Vakansiya haqqında

Görəcəyiniz işlər: Şəbəkə ilə bağlı əhəmiyyətli insidentlərin həlli və şəbəkə layihələrinin istismarı; Şəbəkə avadanlıqlarının quraşdırılmasını və sazlanmasını həyata keçirmək; Şəbəkədə yaranmış nasazlıqları müəyyən etmək, araşdırmaq və həll etmək; Şəbəkə avadanlıqlarında profilaktik işləri həyata keçirmək; Şəbəkənin sxeminin (topologiyası), şəbəkədə icra edilən dəyişikliklərin sənədləşdirilməsi üzrə prosedur, qaydalar və digər sənədlər toplusunun hazırlanması və mütəmadi olaraq yenilənməsini həyata keçirir; Şəbəkənin istifadəsinin gündəlik monitorinqini aparmaq və şəbəkənin resurslarından istifadənin optimizasiya üçün preventiv tədbirləri həyata keçirmək; Sorğuları müəyyən olunmuş vaxt çərçivəsinə uyğun icra etmək; İstifadəçilərin yaranan problemlərini araşdırmaq və həll etmək; İstifadəçilərdən gələn zəngləri cavablandırmaq. Bizim üçün uyğun namizəd: Korporativ şəbəkənin iş prinsipləri üzrə biliklər; LAN/WAN, VPN texnologiyalarını yüksək səviyyəsində bilməli; Şəbəkə protokolları barəsində nəzəri və praktiki biliklər; Wireless LAN Controller – simsiz şəbəkənin idarə edilməsi üzrə iş təcrübəsi; Cisco router və switch avadanlıqları ilə iş təcrübəsi; Azərbaycan, ingilis dillərini bilən; Kritik icra müddətləri ilə işləmə və zamanın idarə edilməsi bacarığına sahib; Yüksək səviyyədə ünsiyyət bacarığına malik; Komandada işləmək bacarığına sahib; Təşəbbüskar və yeniliklərə açıq; İti bucaqlı düşüncə və analiz bacarıqlarına malik; Sürətlə dəyişən və inkişaf edən mühitə uyğunlaşmaq və yenilikləri öyrənməkdə maraqlı olan şəxsdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.