Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Nur Collection

Vizual merçendayzer

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

“ Brend House” Mağazalar Şəbəkəsi “Vizual merçendayzer” vəzifəsinə vakansiya elan edir. İş şəraiti Əmək haqqı: Razılaşma yolu ilə 6 günlük iş qrafiki Ünvan: Bakı şəhəri və ətraf rayonlarda yerləşən mağazalarımız (Əhmədli, Yasamal, İnşaatçılar, Xırdalan, Sabunçu, Binəqədi, Gəncə, Biləcəri, Lökbatan və digər filiallarımız) Əsas Vəzifələr: Şirkətin vizual merçendayzinq standartlarına uyğun olaraq mağaza və vitrinlərin tərtibatını həyata keçirmək; Mövsümi kolleksiyaların, yeni məhsulların və kampaniyaların mağaza daxilində düzgün yerləşdirilməsini təmin etmək; Manekenlərin geyindirilməsi Məhsul qruplarının satış göstəricilərini nəzərə alaraq ekspozisiya planlarını tətbiq etmək; Mağazanın ümumi görünüşünə və vizual standartların qorunmasına gündəlik nəzarət etmək; Satış komandası ilə koordinasiyalı işləyərək məhsul təqdimatını optimallaşdırmaq; Foto hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Namizədə tələblər: Vizual merçendayzinq, moda, dizayn və ya pərakəndə satış sahəsində minimum 1 il iş təcrübəsi; Moda tendensiyalarını və müasir vitrin tərtibatı prinsiplərini bilmək; Yüksək estetik zövq və kreativ yanaşma; Məkan planlaması və rəng uyğunluğu barədə anlayış; Operativ qərarvermə və problem həll etmə bacarığı; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Komandamıza uyğun olan namizədlər göndərdikləri CV-lərini faktiki yaşayış yerlərini dəqiq qeyd etməklə, mövzu hissəsində vəzifə adını “Vizual merçendayzer” və müraciət etmək istədiyi filialın adını qeyd edərək, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər. Filialların çox olması səbəbiylə cv-də faktiki yaşayış yerinin dəqiq qeyd olunması vacibdir. Son müraciət tarixi: 30.11.2026

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Azəriş LTD

AzVak.az

Aktiv vakansiya

Merçendayzer

Maaş göstərilməyib

Şəhər göstərilməyib
Təsərrüfat və digər köməkçi işlərƏtraflı