Vakansiya haqqında
İş Yeri: SCANDİ-AZ RETAİL LLC
Lokasiya: Dəniz Mall
Vəzifənin təsviri
Vizual Merçendayzer H&M-in Azərbaycan üzrə təyin olunmuş mağaza və ya
mağazalarında vizual və kommersiya standartlarının H&M brend təlimatlarına və françayzinq tələblərinə uyğun
şəkildə icrasına cavabdehdir. Bu vəzifə məhsulların düzgün yerləşdirilməsi, üslublaşdırma, vitrinlərin hazırlanması
və komandanın təlimləndirilməsi vasitəsilə mağazadaxili müştəri təcrübəsini inkişaf etdirir, mövsümi aktivasiya
fəaliyyətlərinin ardıcıl kommersiya təqdimatı və tələblərə uyğun icrasını təmin edir.
Vizual və Kommersiya İcrası
Kommersiya təqvimi, mağaza aktivasiya planı və moda konseptləri əsasında mağazada
vizual, kommersiya və üslub seçimini H&M brend təlimatlarına tam uyğun şəkildə icra etmək.
Bütün mövsümi Qlobal Aktivasiyaları və Endirim Fəaliyyətlərini H&M Brend Standartlarına
uyğun olaraq vaxtında başlatmaq və davamlı şəkildə təmin etmək.
Anbar
geyim miqdarları, aksesuarlar və ayaqqabılar daxil olmaqla nümunə seçimi proseslərini həyata keçirmək, vizual və
kommersiya təlimatlarına uyğun aydın moda konseptlərinin yaradılmasını təmin etmək.
Müştərilər üçün ilhamverici və kommersiya baxımından effektiv təcrübə yaratmaq məqsədilə
vitrinlərin və üslub quruluşlarının vizual və kommersiya təlimatlarına uyğun icra etmək.
Güclü müştəri axınını təmin etmək və əsas moda konseptlərini ön plana çıxarmaq üçün kommersiya
planlamasını və avadanlıqların yerləşdirilməsini qoruyub saxlamaq.
Qlobal
strategiyaya və yerli satış bazarı tələblərinə uyğun olaraq vitrinlərdə və mağaza daxilində qiymət lövhələrinin
düzgün və tam yerləşdirilməsini təmin etmək.
Məhsulları və nümayiş
formalarını ön plana çıxarmaq üçün bütün işıqlandırmanın düzgün işləməsini və optimal yerləşdirilməsini təmin etmək
məqsədilə Texniki xidmət (Facilities Management) komandası ilə koordinasiya aparmaq.
Dayanıqlılıq və brend standartlarını nəzərə alaraq bütün nümayiş formalarına, avadanlıqlara və
interyer elementlərinə qulluq etmək və onları yaxşı vəziyyətdə saxlamaq.
Ən son təlimatlara və mağaza planlamasına uyğun olaraq mağaza naviqasiyasını Head of VM ilə
koordinasiyalı şəkildə yeniləmək və qoruyub saxlamaq.
Yerli rutinlərə
uyğun olaraq mağazada endirim və promosyon fəaliyyətləri üçün POS daxil olmaqla kifayət qədər materialların
mövcudluğunu təmin etmək.
Yerli təhlükəsizlik və əməliyyat təlimatlarına
uyğun olaraq satış zalını və arxa sahələri təmiz, səliqəli, təşkilatlanmış və təhlükəsiz saxlamaq.
Kommersiya Performansı və KPI-ların İzlənməsi
Mağazada məhsul yerləşdirilməsi və replenishment proseslərinin hər zaman brend
merçendayzinq standartlarına uyğun olmasını təmin etmək.
Satış
hesabatlarını və KPI-ları izləmək və təqib etmək; Store Manager ilə əməkdaşlıq çərçivəsində vizual və kommersiya
imkanlarını müəyyənləşdirmək və prioritetləşdirmək.
Geyimlərə düzgün
qulluq edilməsini və satış zalında uyğun stok səviyyələrinin qorunmasını təmin etmək; Store Management və Area
komandalarına allocation ehtiyacları barədə məlumat vermək.
Store
Management komandası ilə əməkdaşlıq edərək müştəri məmnuniyyətini artırmaq, satış hədəflərinə və mağaza büdcə
məqsədlərinə nail olmağı dəstəkləmək üçün effektiv tədbirlər hazırlamaq.
İş yükünü mağaza aktivasiya planına uyğun təşkil etmək və planlaşdırmaq, biznes ehtiyaclarına
əsasən Store Manager və Head of VM ilə əməkdaşlıq çərçivəsində uyğunlaşdırmaq.
Moda və Trendlər üzrə Məlumatlılıq
Moda mühiti, cari trendlər, üslublar, məhsullar, rəqiblər və müvafiq influencer-lər
haqqında daim yenilənmiş məlumatlılığa sahib olmaq.
Müştəri ehtiyaclarını
əvvəlcədən görmək və mağazadaxili təcrübəni inkişaf etdirmək məqsədilə mood board-ların nəzərdən keçirilməsi və
üslublaşdırma texnikaları daxil olmaqla moda və trendlər üzrə məlumatlılıq fəaliyyətlərinə xüsusi vaxt
ayırmaq.
Bütün əməkdaşlarda yüksək səviyyəli moda biliyinin qorunması
üçün trend məlumatlarını və mövsümi dəyişiklikləri mağaza komandası ilə paylaşmaq.
Komandanın Təlimləndirilməsi və İnkişafı
Brend təlimatlarına uyğun yüksək keyfiyyətli məhsul təqdimatını qorumaq üçün mağaza
komandasının vizual və kommersiya bacarıqlarını inkişaf etdirmək və onlara kouçinq vermək.
Mağaza əməkdaşları ilə mövsümi dəyişiklikləri, moda trendlərini, vizual və kommersiya
məlumatlarını, həmçinin mağazadaxili kommunikasiya yeniliklərini paylaşmaq, onları ruhlandırmaq və
məlumatlandırmaq.
Mağaza komandasının vizual və kommersiya standartlarını
davamlı şəkildə qoruması üçün gündəlik rutinlərin və ən yaxşı təcrübələrin inkişafını
dəstəkləmək.
Yeni əməkdaşlar üçün VM standartları və brend tələbləri üzrə
onboarding təlimi keçirmək.
Mağaza komanda üzvləri üçün vizual və
kommersiya bacarıqlarının artırılmasına yönəlmiş təlim sessiyaları təşkil etmək və keçirmək.
H&M-in qlobal, regional və yerli öyrənmə və inkişaf məqsədlərinə əsaslanan vizual və
kommersiya təlim modullarını tamamlamaq.
Mağaza Əməliyyatları və Brend Uyğunluğu
Mağazanın bütün sahələrində əməliyyat prosedurlarına, ən yaxşı təcrübələrə və yerli
qanuni tələblərə əməl etmək.
Müştərilər və komanda ilə bütün qarşılıqlı
əlaqələrdə H&M brendini peşəkar şəkildə təmsil etmək.
VM uyğunluq
yoxlama siyahılarına əsasən mütəmadi daxili auditlər aparmaq və nəticələri, eləcə də düzəldici tədbirləri Head of
VM-ə bildirmək.
Mağaza səviyyəsində VM ilə bağlı çətinliklər üzrə rəyləri
toplamaq və tələb olunduqda Head of VM və brend komandalarına çatdırmaq.
Tələb olunduqda Store Management və Area komandalarına genişlənmə və yeni mağaza layihələri
üzrə dəstək göstərmək
Tələblər
Təhsil:
Minimum orta təhsil; moda, dizayn və ya əlaqəli sahə üzrə ali təhsil
üstünlükdür.
İş təcrübəsi:
Moda mühitində pərakəndə satış üzrə vizual merçendayzinq və ya üslublaşdırma rolunda
minimum 1 il müvafiq iş təcrübəsi; bir neçə mağaza lokasiyasının koordinasiyası üzrə təcrübə
üstünlükdür.
Dil bilikləri:
Azərbaycan dili mütləqdir; rus və ya ingilis dili biliyi
üstünlükdür.
Peşəkar Bacarıq və Kompetensiyalar:
Vizual merçendayzinq standartları, üslublaşdırma, geyim təqdimatı və kommersiya planlama
prinsipləri üzrə güclü biliklər; brend təlimatlarını və planoqramları oxumaq və onlara əməl etmək
bacarığı.
Kommersiya düşüncəsi:
Satış məlumatlarını və KPI-ları təhlil etmək, əldə olunan nəticələri praktik vizual
təkmilləşdirmələrə çevirmək bacarığı.
Kommunikasiya:
Mağaza komandaları, mağaza rəhbərliyi və Head of VM ilə aydın və effektiv ünsiyyət
qurmaq; konstruktiv kouçinq və geribildirim vermək bacarığı.
Təşkilatçılıq:
Güclü planlaşdırma və prioritetləşdirmə bacarıqları; eyni vaxtda bir neçə tapşırığı,
aktivasiya prosesini və son icra tarixlərini idarə etmək bacarığı.
Detallara diqqət
Brend tələblərinə uyğunluq, geyim
təqdimatı və mağaza mühiti üzrə yüksək standartlara sahib olmaq.
Uyğunlaşma bacarığı:
Dinamik pərakəndə satış mühitində çevik və həll yönümlü olmaq; dəyişən brend
tələblərinə və mövsümi prioritetlərə uyğunlaşmaq bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
