Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Bank →

UX/UI dizayner

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Təsvir İstifadəçilərin və müştərilərin təcrübəsini araşdırmaq, anket, müşahidə və fokus qrupları vasitəsilə məlumat toplamaq. Toplanan məlumatları təhlil edərək istifadəçi ehtiyaclarını və mövcud çətinlikləri müəyyən etmək. İstifadəçi tələblərinə uyğun flow, interfeys və prototiplər hazırlamaq. Bu, veb-saytlar, mobil tətbiqlər və digər rəqəmsal mühitlər üçün şablon və elementlərin işlənməsini əhatə edir. Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar hazırlamaq. Rəng, şrift və digər vizual elementlər üzərində işləmək. Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə sınaqdan keçirmək və geribildiriş toplamaq. Alınan rəylərə əsasən dizaynları təkmilləşdirmək və istifadəçi təcrübəsini daha yaxşı etmək. PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək və lazım olduqda yeni komponentlər və qaydalar yaratmaq bacarığına malik olmaq. Məhsulların dizaynının hazırlanması zamanı komanda üzvlərinə tövsiyə və rəy vermək bacarığı göstərmək. Məhsul, marketinq, IT, hüquq və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək. Ümumi məqsədlərə və layihə tələblərinə uyğun effektiv ünsiyyət və koordinasiya nümayiş etdirmək. İstifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün komandaya dizayn layihələrində dəstək vermək. Bankın rəqəmsal məhsulları arasında istifadəçilərin rahat və səmərəli hərəkət etməsi üçün user flow-ları təhlil etmək, optimallaşdırmaq və hazırlamaq. Məhsulun hazırlanması zamanı mühəndislərlə yaxın işləyərək onun müştərilərə keyfiyyətli şəkildə təhvil verilməsinə nəzarət etmək. Agile metodologiyası barədə məlumatlı və təcrübəli olmaq. Tələblər İş təcrübəsi: proqram təminatı, istifadəçi təcrübəsi və interfeys dizaynı sahəsində 2 ildən çox təcrübə. Agile metodologiyası ilə işləmə biliyinin olması üstünlükdür. Texniki səriştələr: istifadəçi yönümlü rəqəmsal həllər, məhsula dair güclü baxış və prosesləri qısa zamanda müəyyənləşdirmək bacarığı. Prototip hazırlanması, A/B testləri, istifadəçi testlərinin aparılması və istifadəçi araşdırmaları üzrə biliklər. Komponentlərin yaradılması və istifadəçi interfeysində istifadə olunan dizayn kitabxanası ilə iş təcrübəsi. Dil bilikləri: ən azı İngilis dili üzrə Intermediate səviyyə. Kompüter bilikləri: vizual dizayn üçün Figma, Sketch və digər rəqəmsal dizayn alətlərindən sərbəst istifadə. Vakansiya növü Tam ştat Maraqlanan namizədlər müraciət et düyməsində göstərilən linkə daxil olaraq ərizə göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

UX/UI Dizayner

PASHA Bank

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Dizayn, Yaradıcılıq və Media
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.