Vakansiya haqqında
Vakansiya: Aviabilet və Tur Satışları üzrə Mütəxəssis2013-cü ildən fəaliyyət göstərən IATA akkreditasiyalı agentliyimiz komandasına yeni əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
Aviabiletlər və turlar üzrə daxil olan bütün sorğuların müştəriləri məmnun edəcək səviyyədə, dəqiq və vaxtında icra edilməsi;
Hər bir sorğu üzrə həm müştərinin, həm də şirkətin maraqlarına uyğun ən optimal variantların təklif edilməsi;
Gündəlik satış hesabatlarının hazırlanması və məlumatların müvafiq bazalara düzgün şəkildə daxil edilməsi;
Vəzifə öhdəliklərinin və rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.
Namizədə tələblər:
Rus və ya ingilis dillərindən ən azı birini bilmək;
Minimum 2 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
Galileo və ya Sabre sistemlərində işləmək bacarığı;
Satış göstəricilərini və hesabatları izləmək bacarığı;
Tur və otel rezervasiya sistemlərində işləmək bacarığı arzuolunandır;
Məsuliyyətli, diqqətli və müştəriyönümlü olmaq.
İş şəraiti:
Əmək haqqı: Təcrübəli namizədlər üçün 700 AZN + satışdan 10–15% bonus;
İş qrafiki:Bazar ertəsi – cümə: 10:00–19:00;
Şənbə: Qısa iş günü;
Bazar: İstirahət günü.
Əlavə məlumat:
Bu sahədə öyrənmək və təcrübə qazanmaq istəyən namizədlər də müraciət edə bilərlər. CV və müsahibə əsasında təcrübə müddətinə qəbul mümkündür. Sınaq müddətini uğurla başa vuran namizədlərlə əməkdaşlıq davam etdiriləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
