Vakansiya haqqında
Vakansiya: Satış Meneceriİş barədə məlumat:
Biz hər gün böyüyən və inkişaf edən dinamik komandayıq. Aktiv, enerjili, öyrənməyə həvəsli və real karyera inkişafı imkanları axtaran satış meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştəri obyektlərinə səfərlərin həyata keçirilməsi, görüşlərin keçirilməsi, məhsulların təqdim edilməsi və müştərilərə məsləhətlərin verilməsi;
Aktiv satış prosesinin idarə olunması və müştərilərin bütün mərhələlərdə müşayiət edilməsi;
Fərdi kommersiya təkliflərinin hazırlanması;
Müştərilərlə uzunmüddətli işgüzar əlaqələrin qurulması;
Komanda ilə birgə işləmək, ideyalar paylaşmaq və peşəkar inkişafda iştirak etmək.
Namizədə tələblər:
Yaş həddi: 19–28;
Cins: Bəy;
Aktiv, pozitiv və ünsiyyətcil olmaq;
Qazanmağa, öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;
Səfərləri nəzərdə tutan iş rejiminə hazır olmaq;
Satış sahəsində ilkin biliklərə sahib olmaq və ya bu sahədə özünü sınamağa həvəsli olmaq;
Müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı.
Şirkət tərəfindən təklif olunur:
Gənc, motivasiyalı və peşəkar komanda ilə işləmək imkanı;
Məhsullar, satış texnikaları və danışıqlar üzrə təlimlər;
Dəyişkən iş qrafiki – ofisdə minimum vaxt, sahədə maksimum aktivlik;
Sabit əmək haqqı və satışdan bonus/faiz;
Sürətlə inkişaf edən şirkətdə real karyera yüksəlişi imkanları;
Praktiki təcrübə və güclü mentor dəstəyi;
Peşəkar inkişaf üçün geniş imkanlar.
İş şəraiti:
Bazar ertəsi – cümə: 10:00–19:00;
Şənbə: 09:00–13:00;
İstirahət günü: Bazar;
Nahar fasiləsi: 13:00–14:00;
İş ünvanı: Əliəşrəf Əlizadə küçəsi 790/8, Nərimanov, Bakı, Azərbaycan.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini göndərərək müraciət edə bilərlər.
Dinamik və inkişaf yönümlü iş axtarırsınızsa, komandamıza qoşulun!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
