Vakansiya haqqında
Bakı Metropoliteni peşəkar komandasına Birləşmiş emalatxana və istehsalat xidmətinə tornaçı axtarır.
Vəzifə öhdəlikləri
Torna işlərini, o cümlədən detalların emalı, yonma, kəsmə, yiv açma və digər əməliyyatları texnoloji xəritə və çertyoj tələblərinə uyğun şəkildə dəqiq və keyfiyyətlə yerinə yetirmək;
Torna dəzgahını işə hazırlamaq, sazlamaq, alətləri düzgün seçib bərkitmək və avadanlığın işlək vəziyyətdə qalmasını təmin etmək;
Emal edilən detalların ölçü və keyfiyyət göstəricilərini nəzarətdə saxlamaq, şubler, mikrometr və digər ölçü alətləri ilə yoxlama aparmaq;
İstehsalat təhlükəsizliyi qaydalarına riayət etmək, dəzgahın təhlükəsiz istismarını təmin etmək və mümkün nasazlıq və ya insidentlərə operativ reaksiya vermək;
İş prosesində müəyyən olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və material çatışmazlıqları barədə vaxtında aidiyyəti üzrə məlumat vermək;
Təsdiq edilmiş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək.
Namizədə tələblər
25–45 yaş aralığında olmaq;
Müvafiq sahə üzrə peşə təhsili və ya tornaçı ixtisası üzrə hazırlıq/sertifikat sahibi olmaq;
Tornaçı peşəsi üzrə ən azı 3 il iş təcrübəsinə malik olmaq;
Torna dəzgahlarında işləmə bacarığına sahib olmaq, çertyoj oxumağı və şubler, mikrometr kimi ölçü alətləri ilə işləməyi bacarmaq;
Texnoloji ardıcıllığa, istehsalat intizamına və əməyin mühafizəsi, təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmək;
Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komanda daxilində işləyə bilmək.
Metropolitenin təqdim etdiyi imkanlar
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
“Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq edilən digər sanatoriyalarda güzəştli istirahət imkanı;
Psixoloji dəstək xidməti.
Müraciət qaydası
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçin və müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5688 ünvanından müraciətinizi tamamlayın.
Uğurlar!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
