Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bakı Metropoliteni

Təmirçi çilingər

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakı Metropoliteni peşəkar komandamızda yer almaq üçün Birləşmiş emalatxana və istehsalat xidmətinin Maşın və mexanizmlərin təmiri sahəsi üzrə Təmirçi çilingər axtarır. Seçiləcək əməkdaş emalatxana şəraitində maşın və mexanizmlərin, eləcə də müxtəlif sənaye avadanlıqlarının texniki xidməti, təmiri və bərpası işlərini yerinə yetirəcək. Əsas vəzifələr Maşın, mexanizm və müxtəlif sənaye avadanlıqlarının sökülməsi, təmiri, bərpası və yenidən yığılması; Təmir üçün qəbul edilən avadanlıqların texniki vəziyyətinin yoxlanılması, nasazlıqların aşkarlanması və aradan qaldırılması; Qüsurlu detalların dəyişdirilməsi, hissələrin uyğunlaşdırılması və mexanizmlərin sazlanması; Təmir prosesində çilingər və ölçü alətlərindən düzgün və səmərəli istifadə olunması; Təmir edilmiş avadanlıqların sınaqdan keçirilməsi və işlək vəziyyətinin yoxlanılması; Texniki sənədlər, çertyojlar və təmir təlimatları əsasında işlərin icrası; İş prosesində texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına əməl edilməsi; Dəzgah, pres, nasos, kompressor və digər sənaye avadanlıqlarının planlı və təcili təmirində iştirak edilməsi. Namizədə tələblər Müvafiq sahə üzrə orta ixtisas və ya peşə təhsili, yaxud istehsalat sahəsində minimum 6 ay iş təcrübəsi; Maşın və mexanizmlərin quruluşu, iş prinsipi və təmir üsulları barədə biliklər; Texniki sənədlər və çertyojlarla işləmək bacarığı; Çilingər və ölçü alətlərindən istifadə etmək bacarığı; Mexaniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı; Komanda ilə işləmək bacarığı; Məsuliyyətlilik, diqqətlilik və intizamlılıq; Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı. Bakı Metropoliteni nə təklif edir? Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Metropolitendən ödənişsiz istifadə imkanı; Güzəştli nahar təminatı; “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı; Psixoloji dəstək xidməti. Vakansiyaya müraciət etmək üçün Bakı Metropoliteninin hr.metro.gov.az portalında qeydiyyatdan keçin və müvafiq vakansiya linki vasitəsilə https://hr.metro.gov.az/vacancy/5688 ünvanından müraciətinizi tamamlayın. Uğurlar!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Təmirçi çilingər

Bakı Metropoliteni

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Texniki Xidmət / Diaqnostika, Təmir
AzVak.az Aktiv vakansiya
Ətraflı

Təmirçi-çilingər

Company

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Mühəndislik və Texniki Sahələr
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Təmirçi – çilingər

METAK

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Mühəndislik və Texniki Sahələr
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.