Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Modern Engineering Bureau of Azerbaijan

Tikinti meneceri (Zəngilan)

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Tikinti layihələrinin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərliyi həyata keçirmək; İnfrastruktur və kənd təsərrüfatı suvarma sistemləri (su kanalları, boru kəmərləri, hidrotexniki qurğular və s.) üzrə tikinti işlərini idarə etmək; Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtlərə və qüvvədə olan normativ tələblərə uyğun icrasını təmin etmək; Layihələrin təsdiq edilmiş iş qrafikinə, büdcəsinə və keyfiyyət standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək; Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək, görülən işlərin həcmini və keyfiyyətini yoxlamaq; Tikinti sahələrində işçi qüvvəsi, texnika, avadanlıq və material resurslarının səmərəli istifadəsini təşkil etmək; Tikinti sənədlərinin, icra aktlarının, Forma №2 və digər texniki hesabatların hazırlanmasına və yoxlanılmasına nəzarət etmək; Layihə üzrə yaranan texniki və təşkilati problemlərin operativ həllini təmin etmək; Tikinti sahələrində əməyin mühafizəsi, texniki və sənaye təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; Layihələrin icra vəziyyəti və görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Namizədə tələblər İnşaat mühəndisliyi, hidrotexnika və ya müvafiq sahə üzrə ali təhsil; Tikinti sahəsində minimum 10 il idarəetmə təcrübəsi; İnfrastruktur, hidrotexniki qurğular və kənd təsərrüfatı suvarma sistemlərinin tikintisi üzrə praktiki iş təcrübəsi; Su kanalları, suvarma şəbəkələri, boru kəmərləri və digər mühəndis-kommunikasiya sistemlərinin tikintisi üzrə biliklər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, dövlət tikinti normativləri (AzDTN), texniki şərtlər və standartlar üzrə biliklər; Tikinti sənədləşməsi, icra sənədləri, aktlar və Forma №2 sənədlərinin hazırlanması və yoxlanılması üzrə təcrübə; Tikinti layihələrinin planlaşdırılması, iş qrafiklərinin hazırlanması, büdcə və resursların idarə edilməsi bacarığı; AutoCAD, MS Office (xüsusilə Excel) və MS Project proqramlarında işləmək bacarığı; Podratçı və subpodratçıların işinin idarə edilməsi, komandaya rəhbərlik və koordinasiya bacarıqları; Analitik düşünmə, operativ qərarvermə və yüksək təşkilatçılıq qabiliyyəti; B kateqoriyalı sürücülük vəsiqəsi və regionlara, tikinti sahələrinə ezamiyyətlərə hazır olma İş yeri: Zəngilan şəhəri Maraqlanan namizədlər öz CV-lərini hr@meba.az elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Modern Engineering Bureau of Azerbaijan

AzVak.az

Aktiv vakansiya

Tikinti meneceri

Maaş göstərilməyib

Şəhər göstərilməyib
İnşaat / Tikinti / Təmir / BərpaƏtraflı

Modern Engineering Bureau of Azerbaijan

Vezife.az

Aktiv vakansiya

Tikinti meneceri

Maaş göstərilməyib

ZəngilanTam ştat
İnzibati işlərƏtraflı

Modern Engineering Bureau Of Azerbaijan

SmartJob.az

Aktiv vakansiya

Tikinti meneceri

Razılaşma yolu ilə

BakıTam ştat
MühəndisƏtraflı