Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Tikinti layihələrinin planlaşdırılması, təşkili və icrasına ümumi nəzarəti həyata keçirmək;
İnfrastruktur və kənd təsərrüfatı suvarma sistemləri üzrə tikinti proseslərini idarə etmək; su kanalları, boru kəmərləri, hidrotexniki qurğular və digər obyektlərə nəzarət etmək;
Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtlərə və qüvvədə olan normativ tələblərə uyğun yerinə yetirilməsini təmin etmək;
İşlərin təsdiqlənmiş qrafik, büdcə və keyfiyyət standartlarına uyğun aparılmasına nəzarət etmək;
Podratçı və subpodratçı təşkilatların fəaliyyətini əlaqələndirmək, görülən işlərin həcmini və keyfiyyətini yoxlamaq;
Tikinti sahələrində əmək resurslarının, texnikanın, avadanlığın və materialların səmərəli istifadəsini təşkil etmək;
Tikinti sənədlərinin, icra aktlarının, Forma №2-nin və digər texniki hesabatların hazırlanması və yoxlanılmasına nəzarət etmək;
Layihə üzrə yaranan texniki və təşkilati məsələlərin operativ həllini təmin etmək;
Tikinti sahələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik və sənaye təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
Layihələrin icra vəziyyəti və görülən işlər barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Namizədə tələblər
İnşaat mühəndisliyi, hidrotexnika və ya müvafiq sahə üzrə ali təhsil;
Tikinti sahəsində minimum 10 il idarəetmə təcrübəsi;
İnfrastruktur, hidrotexniki qurğular və kənd təsərrüfatı suvarma sistemlərinin tikintisi üzrə praktiki təcrübə;
Su kanalları, suvarma şəbəkələri, boru kəmərləri və digər mühəndis-kommunikasiya sistemlərinin tikintisi üzrə biliklər;
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, dövlət tikinti normativləri (AzDTN), texniki şərtlər və standartlar barədə biliklər;
Tikinti sənədləşməsi, icra sənədləri, aktlar və Forma №2 sənədlərinin hazırlanması və yoxlanılması sahəsində təcrübə;
Tikinti layihələrinin planlaşdırılması, iş qrafiklərinin hazırlanması, büdcə və resursların idarə edilməsi bacarığı;
AutoCAD, MS Office, xüsusilə Excel və MS Project proqramlarında işləmək bacarığı;
Podratçı və subpodratçıların işini idarə etmək, komandaya rəhbərlik və koordinasiya qabiliyyəti;
Analitik düşünmə, operativ qərarvermə və yüksək təşkilatçılıq bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsi və regionlara, tikinti sahələrinə ezamiyyətlərə hazır olmaq.
İş yeri: Zəngilan şəhəri
Maraqlanan namizədlər öz CV-lərini Müraciətetdüyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
