Vakansiya haqqında
Əməkhaqqı: Müsahibə nəticəsinə əsasən müəyyən olunur.
Vəzifə öhdəlikləri
Ticarət marketinq planlarının icrasında satış komandası və tərəfdaşlarla koordinasiyalı işləyir.
Bazar araşdırmaları aparır, rəqiblərin fəaliyyətini və istehlakçı davranışlarını izləyir.
Reklam kampaniyalarının, promo aksiyaların və satış təşviqi tədbirlərinin təşkilində iştirak edir.
POS materiallarının, məhsul nümayişlərinin və digər marketinq materiallarının satış nöqtələrində düzgün yerləşdirilməsini təmin edir.
Promo işçilərinin və hosteslərin işini nəzarətdə saxlayır, satış nöqtələri və digər tərəfdaşlarla gündəlik işgüzar əlaqələri qurur.
Tələblər
Marketinq, biznesin idarə edilməsi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi;
Ticari marketinq, pərakəndə satış və ya satış dəstəyi istiqamətində minimum 2 il iş təcrübəsi;
İngilis və ya rus dili biliyi (orta və ya yüksək səviyyədə);
Marketinq kampaniyalarının idarə olunması və təhlili bacarığı;
Microsoft Office proqramları, xüsusilə Excel və PowerPoint ilə iş təcrübəsi;
Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Ticari Marketinq üzrə mütəxəssis” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
