Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Baku Electronics →

Marketinq layihələri üzrə baş mütəxəssis

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Marketinq layihələri portfelini idarə etmək, layihələri biznes prioritetlərinə görə ardıcıllamaq və resurs bölgüsünü həyata keçirmək; Şirkətin əsas çoxkanallı kampaniyalarının, o cümlədən mövsümi kampaniyalar, brend layihələri və mağaza açılışlarının başlanğıcdan sonadək idarə olunmasına nəzarət etmək; Layihə məqsədlərini, KPI-ları, büdcəni və icra qrafikini müəyyənləşdirmək və rəhbərliklə razılaşdırmaq; Strateji vendor və partnyorlarla əməkdaşlığı idarə etmək, müqavilə şərtləri üzrə danışıqlar aparmaq və onların fəaliyyətini qiymətləndirmək; Layihə idarəetməsi üzrə vahid standartlar, şablonlar və prosedurlar hazırlamaq və tətbiq etmək; Layihə risklərini əvvəlcədən müəyyənləşdirmək, risklərin idarə olunması planlarını hazırlamaq və kritik vəziyyətlərdə operativ həllər təklif etmək; Kampaniya göstəricilərini, o cümlədən KPI, ROI və ROMI-ni təhlil etmək, nəticələr əsasında strateji tövsiyələr hazırlamaq; İstehlakçı davranışı və bazar məlumatlarına əsaslanaraq kampaniyaların təkmilləşdirilməsi üçün təhlillər aparmaq; Aparıcı, orta və kiçik menecerlərə metodiki dəstək və mentorluq vermək, onların iş keyfiyyətinə nəzarət etmək; Layihələr üzrə rəhbərliyə konsolidə olunmuş hesabatlar təqdim etmək. Vəzifə tələbləri Ali təhsil, müvafiq sahə üzrə təhsil arzuolunandır; Müvafiq istiqamətdə minimum 5 il iş təcrübəsi, o cümlədən çoxkanallı kampaniyaların idarə edilməsi təcrübəsi; Microsoft Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı; MS Project, Trello, Asana, Jira və ya oxşar layihə idarəetmə alətləri ilə iş təcrübəsi üstünlükdür; Büdcə planlaşdırması və ROI, ROMI kimi maliyyə göstəricilərinin təhlili üzrə praktiki təcrübə; Şirkətin ehtiyacından asılı olaraq reklam, video çarx, sosial media paylaşımları və ya səsli kommunikasiya materiallarında (voiceover, video cast) şirkətin siması və ya səsi kimi iştirak etməyə hazır olmaq; Şirkətdə çalışdığı müddətdə digər şirkət, marka və agentliklərlə influencer, aktyor, model və ya voiceover qismində əməkdaşlıq etməmək; Analitik düşüncə tərzi, yüksək ünsiyyət bacarığı və təqdimat qabiliyyəti; Strateji planlaşdırma bacarığı; Operativ və düzgün qərarvermə bacarığı; Problemləri həll etmək bacarığı. Dil biliyi Azərbaycan dili - mükəmməl İngilis dili - orta Rus dili - yüksək Baku Electronics-də sizi nələr gözləyir? Özəl tibbi sığorta Yığım həyat sığortası proqramına qoşulmaq imkanı Push30 platformasında korporativ güzəştlər Əməkdaşlara xüsusi endirimlər və «BEnefit Club» tərəfdaş şəbəkəsinin eksklüziv təklifləri Peşəkar təlimlər və daxili vakansiyalar vasitəsilə karyera yüksəlişi imkanları İş şəraiti İş yeri: Bakı şəhəri, Baku Electronics Baş ofisi (Binəqədi r-nu, Əcəmi Naxçıvani küç. 3066) İş qrafiki: 5 günlük / tam iş günü (09:00 – 18:00) Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.