Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Mayak Residence

Marketinq baş mütəxəssisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İş şəraiti İş qrafiki: 5 günlük iş qrafikinə uyğun tənzimlənir Əməkhaqqı: Müsahibə zamanı müəyyən edilir İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi) İşin Təsviri Şirkətin marketinq strategiyasının və fəaliyyət planlarının hazırlanmasında iştirak etmək, təsdiqlənmiş planların icrasını təşkil etmək və koordinasiya etmək; Broşür, kataloq, flayer, billboard və digər çap materiallarının dizaynı və istehsalı üzrə sifarişlərin verilməsini və icrasına nəzarəti təmin etmək; Reklam agentlikləri, çap evləri, media nümayəndələri və digər təchizatçılarla işgüzar yazışmaları aparmaq və tapşırıqların icrasını əlaqələndirmək; Təchizatçılardan kommersiya təkliflərini toplamaq, müqayisəli təhlil aparmaq, büdcə və xərc optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq; Açıq hava reklamlarının planlaşdırılması, reklam yerlərinin seçilməsi, sifarişi, istehsalı və quraşdırılması proseslərini koordinasiya etmək; Reklamların təsdiq edilmiş qrafikə, dizayn standartlarına və layihə tələblərinə uyğun yerləşdirilməsini təmin etmək; Marketinq komandası ilə birlikdə tədbirlərin, təqdimatların, sərgilərin və digər tanıtım fəaliyyətlərinin planlaşdırılmasında və təşkilində iştirak etmək; Daxili və xarici tədbirlər, eləcə də yeni layihələr üçün zəruri marketinq və reklam materiallarının hazırlanmasını koordinasiya etmək; Layihələr üzrə marketinq fəaliyyətlərinin vahid vizual üsluba və korporativ brend standartlarına uyğunluğunu təmin etmək; Rəqəmsal marketinq, sosial media və məzmun yaradılması fəaliyyətlərinin ümumi marketinq strategiyası ilə uzlaşdırılmasında iştirak etmək; Marketinq fəaliyyətlərinin nəticələrini, büdcə istifadəsini və kampaniyaların effektivliyini təhlil etmək, müvafiq hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq; Namizədə Tələblər Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Marketinq və ya reklam sahəsində minimum 3 il iş təcrübəsi; Marketinq strategiyasının planlaşdırılması, reklam kampaniyalarının təşkili və layihələrin idarə edilməsi üzrə praktiki təcrübə; Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, SEO və s.) haqqında biliklər; Sosial media idarəçiliyi və məzmun yaradılması sahəsində təcrübə; Kreativ düşüncə, güclü analitik bacarıq və təşəbbüskarlıq qabiliyyəti; Microsoft Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də işləmə bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür; Tikinti sahəsində marketinq təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir. Uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Marketinq Mütəxəssisi” qeyd etməklə, Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.