Vakansiya haqqında
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün
Birləşmiş emalatxana və istehsalat xidmətinin Maşın və mexanizmlərin təmiri sahəsinə
Təmirçi çilingər axtarırıq!
Namizəd emalatxana şəraitində maşın və mexanizmlərin, müxtəlif
sənaye avadanlıqlarının texniki xidməti, təmiri və bərpası işlərini həyata
keçirəcəkdir.
Sizi hansı öhdəliklər gözləyir?
Maşın,
mexanizm və müxtəlif sənaye avadanlıqlarının sökülməsi, təmiri, bərpası və
yığılması;
Təmirə
qəbul edilən avadanlıqların texniki vəziyyətinin yoxlanılması,
nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
Nasaz
detalların dəyişdirilməsi, hissələrin uyğunlaşdırılması və mexanizmlərin
sazlanması;
Təmir
işləri zamanı çilingər və ölçü alətlərindən düzgün və səmərəli istifadə
edilməsi;
Təmir
olunmuş avadanlıqların sınaqdan keçirilməsi və işlək vəziyyətinin
yoxlanılması;
Texniki
sənədlər, çertyojlar və təmir təlimatları əsasında işlərin icra edilməsi;
İş
prosesində texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi
qaydalarına riayət olunması;
Dəzgah,
pres, nasos, kompressor və digər sənaye avadanlıqlarının planlı və təcili
təmirində iştirak edilməsi.
Namizədlərdən tələblərimiz
Müvafiq
sahə üzrə orta ixtisas və ya peşə təhsili, yaxud istehsalat sahəsində
minimum 6 ay iş təcrübəsi;
Maşın
və mexanizmlərin quruluşu, iş prinsipi və təmir üsulları haqqında biliklər;
Texniki
sənədlər və çertyojlarla işləmək bacarığı;
Çilingər
və ölçü alətlərindən istifadə bacarığı;
Mexaniki
nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması bacarığı;
Komanda
ilə işləmək bacarığı;
Məsuliyyətlilik,
diqqətlilik və intizamlılıq;
Verilən
tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
Metropoliten Sizə nə təklif edir?
Sabit
və etibarlı iş mühiti;
Peşəkar
komandada inkişaf və karyera imkanları;
Metropolitendən
ödənişsiz istifadə imkanı;
Güzəştli
nahar təminatı;
“Metropolitan
Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər
sanatoriyalarda güzəştli istirahət imkan;
Psixoloji
dəstək xidməti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
