Vakansiya haqqında
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxana və
istehsalat xidmətinin Maşın və mexanizmlərin təmiri sahəsinə Təmirçi çilingər axtarırıq!
Namizəd emalatxana şəraitində maşın və mexanizmlərin, müxtəlif sənaye avadanlıqlarının
texniki xidməti, təmiri və bərpası işlərini həyata keçirəcəkdir.
Sizi hansı öhdəliklər gözləyir?
Maşın, mexanizm və müxtəlif sənaye avadanlıqlarının sökülməsi, təmiri, bərpası və
yığılması;
Təmirə qəbul edilən avadanlıqların texniki vəziyyətinin
yoxlanılması, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
Nasaz detalların dəyişdirilməsi, hissələrin uyğunlaşdırılması və mexanizmlərin
sazlanması;
Təmir işləri zamanı çilingər və ölçü alətlərindən düzgün və
səmərəli istifadə edilməsi;
Təmir olunmuş avadanlıqların sınaqdan
keçirilməsi və işlək vəziyyətinin yoxlanılması;
Texniki sənədlər,
çertyojlar və təmir təlimatları əsasında işlərin icra edilməsi;
İş
prosesində texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət
olunması;
Dəzgah, pres, nasos, kompressor və digər sənaye
avadanlıqlarının planlı və təcili təmirində iştirak edilməsi.
Namizədlərdən tələblərimiz
Müvafiq sahə üzrə orta ixtisas və ya peşə təhsili, yaxud istehsalat sahəsində
minimum 6 ay iş təcrübəsi;
Maşın və mexanizmlərin quruluşu, iş prinsipi
və təmir üsulları haqqında biliklər;
Texniki sənədlər və çertyojlarla
işləmək bacarığı;
Çilingər və ölçü alətlərindən istifadə
bacarığı;
Mexaniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması
bacarığı;
Komanda ilə işləmək bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və intizamlılıq;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar
komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz
istifadə imkanı;
Güzəştli nahar təminatı;
“Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda
güzəştli istirahət imkan;
Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.azportalında qeydiyyatdan keçərək müvafiq
vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5688 müraciətinizi
tamamlaya bilərsiniz.
Uğurlar!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
