Vakansiya haqqında
İşəgötürən: Ticarət mərkəzi / Samiramis şəxsi firması
Vəzifə öhdəlikləri
Sifarişlərin qəbul edilməsi və onların düzgün şəkildə təhlil olunması;
Sifarişlərin keyfiyyətli və münasib qiymətli mal-materiallar, iş və xidmətlərlə təmin olunması;
Mal, iş və xidmət satan tədarükçülərin araşdırılması və onlarla əlaqələrin qurulması;
Lazım olan mal-materiallar üzrə mütəmadi texniki məlumat və qiymət araşdırmasının aparılması;
Tədarükçülərlə müqavilələrin bağlanmasının təmin edilməsi;
Müqavilələrin icrasına dair uçotun aparılması;
Malların alınması, gətirilməsi və anbara təhvil verilməsi;
Ödənişlərin nağdsız qaydada, köçürmə yolu ilə həyata keçirilməsinin təmin olunması;
Təchizat prosesləri üzrə həftəlik və aylıq hesabatların hazırlanması.
Namizədə tələblər
Ali təhsil, iqtisadi və texniki ixtisaslara üstünlük verilir;
Mal-materialları tanımaq bacarığı;
Ən azı 1 il iş təcrübəsi;
MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
Şifahi və yazılı ünsiyyət bacarıqlarının yüksək olması;
Ciddi və komanda daxilində işləməyi bacaran;
Məsuliyyətli və stresə davamlı;
Ünsiyyətcil və təşəbbüskar;
Analitik yanaşma qabiliyyəti;
İşdə dəqiqlik və detallara diqqət yetirmək bacarığı.
İş şəraiti
İş yeri şəhərin mərkəzində, Sahil ticarət mərkəzinin yaxınlığında yerləşir.
Əmək haqqı başlanğıc olaraq 800 AZN-dir.
Müraciət qaydası
Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu hissəsində “Təchizatçı” yazaraq CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
