Vakansiya haqqında
İş yeri: Bakı şəhəri.
İş rejimi
I–V günlər: tam iş günü, saat 08:30-dan 17:30-dək
Şənbə: natamam iş günü, saat 08:30-dan 13:30-dək
Bazar: istirahət günü
Climaservice Baku MMC iqlimləndirmə və havalandırma sistemlərinin satışı, quraşdırılması və servis xidməti sahəsində fəaliyyət göstərən etibarlı mühəndislik şirkətidir.
Tələblər
Xanım namizədlər
Təchizat sahəsində minimum 1 il iş təcrübəsi
ERP proqramı vasitəsilə təchizat proseslərinin izlənilməsi və idarə olunması, proqram öyrədilir
MS Office proqramlarında sərbəst işləmək bacarığı
Analitik yanaşma və güclü ünsiyyət qabiliyyəti
Azərbaycan dilində səlis danışıq, rus və ya ingilis dili biliyi arzuolunandır
Məsuliyyətli və operativ olmaq
Vəzifə öhdəlikləri
Yerli və xarici texniki avadanlıqların və materialların təchizat prosesini təşkil etmək
ERP sistemi üzərindən sifarişləri izləmək və nəzarətdə saxlamaq
Təchizatçılarla yazışmalar aparmaq və danışıqlar keçirmək
Qiymət təkliflərini toplamaq və müqayisə etmək
Sifarişlərin vaxtında çatdırılmasına nəzarət etmək
Logistika proseslərini təşkil etmək
Anbar və layihə komandası ilə koordinasiyada işləmək
Şərtlər
750-1000 manat arası əmək haqqı
Karyera inkişafı imkanı
Stabil və peşəkar iş mühiti
CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Təchizatçı” yazılmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
