Vakansiya haqqında
Decoliv komandamıza qoşulmağa dəvət edirik!
Satınalma və təchizat proseslərini səmərəli şəkildə idarə edəcək, etibarlı təchizatçı bazası yaradacaq və şirkət ehtiyaclarının ən uyğun şərtlərlə qarşılanmasına dəstək verəcək komanda yoldaşı axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Şirkətin tələblərinə uyğun yerli və xarici təchizatçıları araşdırmaq, potensial tərəfdaşları müəyyən etmək;
Təchizatçıların qiymət, keyfiyyət, ödəniş və çatdırılma şərtlərini müqayisə etmək;
Təchizatçılarla qiymət, endirim, kredit xətti, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq;
Alternativ təchizat mənbələrini və yeni bazar imkanlarını dəyərləndirmək;
Satınalma müqavilələrinin hazırlanmasında iştirak etmək, hüquqi və maliyyə şərtlərinin razılaşdırılmasına töhfə vermək;
Daxili şöbələrdən gələn satınalma sorğularını toplamaq və təhlil etmək;
Təsdiqlənmiş tələblər əsasında təchizatçılara rəsmi sifarişlər göndərmək;
Sifarişlərin icrasını, malların vaxtında çatdırılmasını, daşınma və gömrük proseslərini izləmək;
Müqavilə, faktura və təhvil-təslim sənədlərini yoxlamaq, ödəniş mərhələlərində Maliyyə şöbəsi ilə əlaqələndirməni təmin etmək;
Alınan malların miqdar və keyfiyyət baxımından anbara düzgün təhvil verilməsinə nəzarət etmək;
Məhsullarda uyğunsuzluq aşkar olunduqda dəyişmə və geri qaytarma proseslərini idarə etmək;
Təchizatçıların fəaliyyətini qiymət, keyfiyyət və çatdırılma göstəriciləri üzrə mütəmadi qiymətləndirmək;
Satınalma xərcləri və büdcənin icrası ilə bağlı hesabatlar hazırlamaq.
Namizədə dair tələblər
Ali təhsilli olmaq, üstünlük iqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya əlaqəli sahələrə verilir;
Satınalma və təchizat sahəsində minimum 2 il iş təcrübəsinə malik olmaq;
Yerli və beynəlxalq təchizat bazarlarını araşdırmaq və təhlil etmək bacarığına sahib olmaq;
Satınalma, müqavilə və logistika prosesləri barədə biliklərə malik olmaq;
Kommersiya təkliflərini analiz etmək və səmərəli satınalma şərtlərini müəyyənləşdirmək bacarığına malik olmaq.
Biz nə təklif edirik?
Rəqabətqabiliyyətli əməkhaqqı;
Nahar təminatı;
Könüllü tibbi sığorta;
Peşəkar inkişaf və karyera imkanları;
Dinamik və inkişaf edən komandada çalışma imkanı.
CV-nizi mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
