Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

GFC MMC →

Sürücü (refrijerator, yük avtomobili)

Maaş göstərilməyib

XırdalanMənbə: Vezife.az

Vakansiya haqqında

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranlar şəbəkəsi Namizədə dair tələblər Müvafiq sahədə minimum 5 il iş stajı olmalıdır; Refrijerator və ya yük avtomobillərinin idarə edilməsi üzrə ən azı 2 il təcrübə tələb olunur; BC kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır; Yol hərəkəti qaydalarını və yük daşınması prinsiplərini yaxşı bilməlidir; Şəhərdaxili marşrutları yaxşı tanımalı, təhlükəsiz sürücülük bacarığına malik olmalıdır; Komanda daxilində işləmək bacarığı vacibdir; Diqqətli, məsuliyyətli, intizamlı və operativ olmalıdır; AR SQ-də hərbi xidmət keçmiş olması arzuolunandır. Əsas vəzifə öhdəlikləri Mal-materialları qaimələr əsasında anbardan qəbul etmək, sayını və çeşidini yoxlamaq, uyğunsuzluq olduqda rəhbərliyi məlumatlandırmaq; Malların avtomobilə düzgün və təhlükəsiz yüklənməsinə nəzarət etmək, daşınma zamanı zədələnmənin qarşısını almaq; Gündüz və ya gecə reysləri üzrə refrijerator nəqliyyat vasitəsi ilə malların mərkəzi anbardan restoranlara müəyyən olunmuş marşrut üzrə vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək; Dondurulmuş, soyudulmuş və quru qida məhsullarının temperatur rejiminə uyğun şəkildə daşınmasını təmin etmək; Çatdırılma qrafikinə və marşrut planına riayət etmək, gecikmə və ya hər hansı fövqəladə hal baş verdikdə dərhal rəhbərliyi xəbərdar etmək; Malları restoranlarda qaimələr əsasında məsul şəxslərə təhvil vermək və müşayiətedici sənədləri düzgün rəsmiləşdirmək; Nəqliyyat vasitəsinin texniki sazlığını, təmizliyini və refrijerator avadanlığının işlək vəziyyətdə olmasını təmin etmək; Şirkətə məxsus nəqliyyat vasitəsinə, daşınan mal-materiallara və digər əmlaka məsuliyyətlə yanaşmaq; Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi tələblərinə və şirkətin daxili intizam qaydalarına əməl etmək; Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək. İş şəraiti AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; 6 günlük iş qrafiki; Anbar: Xırdalan şəhəri; Əməkhaqqı: 800 AZN, 3 aydan sonra artım; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsində “Sürücü (Refrijerator, Yük avtomobili)” qeyd olunmalıdır. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.