Vakansiya haqqında
Namizədə tələblər
Yaş aralığı: 25-50 yaş;
BC kateqoriyalı sürücülük vəsiqəsi;
Satış şirkətlərində yük avtomobili sürücüsü kimi 1-3 il iş təcrübəsi;
Ünsiyyət bacarığına malik olmaq;
Diqqətli, məsuliyyətli və intizamlı olmaq.
Əsas vəzifə öhdəlikləri
Avtonəqliyyat vasitəsini istismar qaydalarına və qüvvədə olan yol hərəkəti qaydalarına uyğun şəkildə idarə etmək;
Nəqliyyat vasitəsinin təmizliyinə və texniki vəziyyətinə nəzarəti təmin etmək;
Sifarişlərə əsasən məhsulların anbardan avtomobilə yüklənməsində iştirak etmək və qaimələr üzrə məhsulların düzgünlüyünü yoxlamaq;
Məhsulları müəyyən olunmuş ərazi üzrə satış nöqtələrinə vaxtında və təhlükəsiz şəkildə çatdırmaq;
Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik, sanitariya və gigiyena norma və qaydalarına riayət etmək.
İş şəraiti
İş ünvanı: Əlişir Nəvai küçəsi 17
İş qrafiki: 5 günlük iş rejimi
Əməkhaqqı: 600 AZN
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində “Yük avtomobili sürücüsü” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
