Vakansiya haqqında
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi –
Cümə)
Tələblər:
Ali təhsil(Logistika,
Təchizat, Anbar təsərrüfatı, Mühasibat uçotu və ya müvafiq sahələr üzrə təhsil
üstünlükdür);
Anbar
təsərrüfatı, stokun idarə edilməsi və ya material uçotu sahəsində minimum
2 il iş təcrübəsi;
Anbar
uçotu, mal-materialların qəbulu, saxlanılması və təhvil verilməsi prosesləri
üzrə biliklər;
İnventarizasiya
və stok qalıqlarının yoxlanılması üzrə praktiki bacarıqlar;
Mal və
materialların sənədlərinin (qaimə, təhvil-təslim aktı, sifariş sənədləri və
s.) yoxlanılması və düzgün rəsmiləşdirilməsi bacarığı;
MS
Excel proqramı ilə işləmək bacarığı (stok hesabatlarının hazırlanması və məlumatların
qeydiyyatı);
Anbar
uçotu və ya ERP proqramları ilə işləmək təcrübəsi üstünlükdür;
Analitik
düşünmə, diqqətlilik və detallara yüksək həssaslıq;
Planlaşdırma,
təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı;
Komandada
işləmək və digər struktur bölmələrlə effektiv kommunikasiya qurmaq
bacarığı;
Məsuliyyətlilik,
dürüstlük və etibarlılıq.
Öhdəliklər:
Anbar
uçotunun təşkil olunmasını həyata keçirmək
Anbarda
mövcud olan əmlakı qorumaq
Anbarda
mövcud olan materiallarla bağlı operativ olaraq rəhbərliyə məlumatları təqdim
etmək və inventarizasiyanı aparmaq
Anbarda
mal və materiallar məhdud olan zaman sifarişi vaxtında hazırlamaq və Təchizat
üzrə koordinatora sifarişi təqdim etmək
Satıcı
(Vendor) şirkətlərdən gələn mal və materialların sənədlərini yoxlamaq
Mal və
materialları fiziki olaraq yoxlamaq və kodlaşdırmaq
Sifarişçi
tərəfindən sifariş edilmiş mal və materialların vaxtında sifarişçiyə təhvil
verilməsinə nəzarət etmək
Biz təklif edirik:
Rəqabətədavamlı
əməkhaqqı
Məktəbin
yeməkxanasında nahar imkanı
Ödənişsiz
dayanacaq yeri ilə təmin olunma
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik
endirim imkanı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
