Vakansiya haqqında
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi –
Cümə)
Tələblər:
Ali təhsil(Logistika, Təchizat, Anbar təsərrüfatı, Mühasibat uçotu və ya müvafiq
sahələr üzrə təhsil üstünlükdür);
Anbar təsərrüfatı, stokun idarə
edilməsi və ya material uçotu sahəsində minimum 2 il iş təcrübəsi;
Anbar
uçotu, mal-materialların qəbulu, saxlanılması və təhvil verilməsi prosesləri üzrə biliklər;
İnventarizasiya və stok qalıqlarının yoxlanılması üzrə praktiki
bacarıqlar;
Mal və materialların sənədlərinin (qaimə, təhvil-təslim aktı,
sifariş sənədləri və s.) yoxlanılması və düzgün rəsmiləşdirilməsi bacarığı;
MS Excel proqramı ilə işləmək bacarığı (stok hesabatlarının hazırlanması və məlumatların
qeydiyyatı);
Anbar uçotu və ya ERP proqramları ilə işləmək təcrübəsi
üstünlükdür;
Analitik düşünmə, diqqətlilik və detallara yüksək
həssaslıq;
Planlaşdırma, təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi
bacarığı;
Komandada işləmək və digər struktur bölmələrlə effektiv
kommunikasiya qurmaq bacarığı;
Məsuliyyətlilik, dürüstlük və
etibarlılıq.
Öhdəliklər:
Anbar uçotunun təşkil olunmasını həyata keçirmək
Anbarda mövcud olan əmlakı qorumaq
Anbarda mövcud
olan materiallarla bağlı operativ olaraq rəhbərliyə məlumatları təqdim etmək və inventarizasiyanı
aparmaq
Anbarda mal və materiallar məhdud olan zaman sifarişi vaxtında
hazırlamaq və Təchizat üzrə koordinatora sifarişi təqdim etmək
Satıcı
(Vendor) şirkətlərdən gələn mal və materialların sənədlərini yoxlamaq
Mal
və materialları fiziki olaraq yoxlamaq və kodlaşdırmaq
Sifarişçi
tərəfindən sifariş edilmiş mal və materialların vaxtında sifarişçiyə təhvil verilməsinə nəzarət
etmək
Biz təklif edirik:
Rəqabətədavamlı əməkhaqqı
Məktəbin
yeməkxanasında nahar imkanı
Ödənişsiz dayanacaq yeri ilə təmin
olunma
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim
imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki,Müraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına CV formalarını göndərsinlər. E-poçtun mövzu hissəsində “Stok
Kontroller” vəzifəsini qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
