Vakansiya haqqında
İş şəraiti
Əmək haqqı: 2500 – 3000 AZN (Namizədin bilik və təcrübəsinə əsasən müəyyən
edilir)
İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri:
Layihə sənədləri və cizgilər əsasında iş həcmləri cədvəllərinin (BOQ) dəqiq
hesablanması və tərtib edilməsi;
Tikinti-quraşdırma işləri üzrə smeta
sənədlərinin (forma 2, forma 3, resurs metodu və s.) hazırlanması və yoxlanılması;
Tender sənədlərinin texniki və maliyyə hissələrinin smeta baxımından analiz
edilməsi;
Podratçı və təchizatçı təkliflərinin qiymətləndirilməsi, bazar
qiymətlərinin araşdırılması və xərclərə nəzarət;
Layihə dəyişiklikləri
zamanı əlavə iş həcmlərinin və smeta fərqlərinin vaxtında sənədləşdirilməsi.
Namizədə dair mütləq tələblər:
Yaş həddi: 30 – 35 yaş
Ali təhsil (İnşaat
mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə);
Tikinti sektorunda smeta
mühəndisi kimi minimum 3–5 il real iş təcrübəsi;
İş həcmləri cədvəlini və
smetanı sıfırdan, sərbəst şəkildə hazırlamaq bacarığı;
AutoCAD və MS
Excel (yüksək səviyyədə, mürəkkəb cədvəl və funksiyalarla işləmə) proqramlarını mükəmməl
bilmək;
Tikinti norma və qaydalarını (AzDTN, SNiP)
bilmək;
İşində son dərəcə dəqiq, məsuliyyətli, çalışqan və tələbkar
olmaq;
Gərgin iş rejimində və son tarixlərlə (deadline) işləmək
bacarığı.
Ünvan - Ofis / Svetlana Məmmədova 203c
Müraciət qaydası (Vacib qeyd):
Yalnız yuxarıda qeyd olunan tələblərə tam cavab verən, tikinti sahəsində real
təcrübəsi olan ciddi namizədlərin müraciət etməsi xahiş olunur. Tələblərə uyğun gəlməyən CV-lərə
baxılmayacaq.
Əlaqə 0512059867
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
