Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Cronos MTK

Nəqliyyat üzrə koordinator

QarabağMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətə məxsus bütün nəqliyyat vasitələrinin və xüsusi texnikaların işinə nəzarətin həyata keçirilməsi; Nəqliyyat vasitələrinin və texnikaların texniki vəziyyətinin mütəmadi yoxlanılmasının təşkili; Aşkar olunan texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması prosesinin koordinasiyası; Nəqliyyat vasitələrinin texniki baxış, təmir və texniki xidmət qrafiklərinin hazırlanması və icrasına nəzarət; Yanacaq sərfiyyatının, yürüş göstəricilərinin və nəqliyyat vasitələrinin istifadə vəziyyətinin izlənilməsi; Sürücülərin fəaliyyətinin və nəqliyyat vasitələrinin təyinatı üzrə istifadəsinin koordinasiyası; Ehtiyat hissələrinə və texniki xidmətə olan ehtiyacların müəyyənləşdirilməsi; Nəqliyyat vasitələri və xüsusi texnikalar üzrə müvafiq sənədləşmə və hesabatların aparılması; Nəqliyyat vasitələrinin və tikinti texnikalarının fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi. Tələblər Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili; Nəqliyyat vasitələri və xüsusi texnikaların texniki quruluşu, iş prinsipi və istismar qaydaları haqqında biliklər; Yük avtomobilləri, minik avtomobilləri, ekskavator, buldozer, avtokran və digər tikinti texnikaları barədə praktiki biliklərin olması; Texniki nasazlıqları ilkin mərhələdə müəyyənləşdirmək və onların aradan qaldırılması prosesini təşkil etmək bacarığı; Nəqliyyat və ya texniki xidmət sahəsində iş təcrübəsi; MS Office proqramlarında işləmək bacarığı; Məsuliyyətlilik, operativlik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı; Regionlarda və zərurət yarandıqda Qarabağ bölgəsində işləmək imkanı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.