Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azersun holding

Əməyin mühafizəsi üzrə mühəndis

BiləsuvarMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Əmək qanunvericiliyinin, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının, norma və standartlarının tələblərinə riayət olunmasına nəzarət etmək; Müəssisənin struktur bölmələrində iş şəraitini yoxlamaq, təhlükə və riskləri, mövcud pozuntu və çatışmazlıqları müəyyən etmək, onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək; İstehsalat proseslərinin təhlükəsiz təşkilinə, avadanlıq və mexanizmlərin təhlükəsiz istismarına, iş yerlərinin texniki vəziyyətinə və fərdi mühafizə vasitələri ilə təminata nəzarət etmək; Əməyin mühafizəsi üzrə texniki sənədlərin, hesabatların və müvafiq qeydiyyatların aparılmasını təmin etmək; Təhlükəsiz iş şəraitinin yaradılması məqsədilə müvafiq təlimat və peşə təlimatlarının hazırlanmasında iştirak etmək; İşə yeni qəbul olunan əməkdaşlar üçün giriş təlimatlarını keçirmək və əməyin mühafizəsi üzrə maarifləndirmə tədbirlərini təşkil etmək; Təhlükəsizlik qaydalarının pozulması hallarının aradan qaldırılması üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq göstərişlər vermək və görülən tədbirlərə nəzarət etmək; İşçilərin həyatı və sağlamlığı üçün təhlükə yarandıqda təhlükəli işlərin dayandırılması istiqamətində müvafiq tədbirlər görmək və rəhbərliyi məlumatlandırmaq; İstehsalatda baş vermiş bədbəxt hadisələrin və peşə xəstəliklərinin qeydiyyatını və uçotunu aparmaq, araşdırma və hesabatların hazırlanmasında iştirak etmək; Əməyin mühafizəsi üzrə əmr, sərəncam, qərar və digər normativ sənədlərin layihələrini hazırlamaq; İşçilərin təhlükəsizlik biliklərinin artırılması və mühafizə vasitələri ilə təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirmək. İş yeri: Biləsuvar rayonu. Tələblər Əməyin mühafizəsi, SƏTƏM, texniki təhlükəsizlik və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə müvafiq sertifikatların olması; MS Office proqramlarında (Outlook, Word, Excel) işləmək bacarığı; Əmək mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik, norma və standartlar barədə biliklər; Yüksək təşkilatçılıq, təşəbbüskarlıq və analitik düşünmə bacarığı; Operativ qərarvermə, çevik reaksiya və təzyiq altında işləmək bacarığı; Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.