Vakansiya haqqında
Əsas vəzifələr
İşçilərə işə başlamazdan əvvəl əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə gündəlik təlimatların keçirilməsinə nəzarət etmək, müvafiq sənədləri toplamaq və qeydiyyatını aparmaq;
Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə ilkin təlimat keçmək və qeydiyyat jurnallarını aparmaq;
İstehsalat qəzaları zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsində və hadisələrin araşdırılmasında iştirak etmək;
Elektrik əl alətlərinin, yükqaldırma ləvazimatlarının, yanğınsöndürmə balonlarının və hidrantların texniki vəziyyətini yoxlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
İşçilərin fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadə etmələrinə və təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət etmək;
Təhlükəli ərazilərin xəbərdaredici nişanlarla işarələnməsini, təmir sahələrinin təhlükəsizlik lentləri ilə ayrılmasını və məlumatlandırıcı lövhələrin yerləşdirilməsini təmin etmək;
Əməyin mühafizəsi, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
İş yerlərində aşkar edilmiş təhlükəli vəziyyətləri və uyğunsuzluqları sənədləşdirmək, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini izləmək;
Təhlükəsizlik qaydalarını pozan əməkdaşlarla bağlı xəbərdarlıq formalarını tərtib etmək;
Müəssisədə təşkil olunan SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) yürüşlərində iştirak etmək;
Zavodu ziyarət edən qonaqlara təhlükəsizlik təlimatı vermək və onları zəruri fərdi mühafizə vasitələri ilə təmin etmək;
Görülmüş işlər və aşkar edilmiş uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq.
Tələblər
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi norma və qaydalarını bilmək;
Azərbaycan Respublikasının əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində qanunvericiliyi barədə məlumatlı olmaq;
OHSAS 18001, ISO 14001 və digər müvafiq beynəlxalq standartlar haqqında biliklərə malik olmaq;
Müəssisədaxili intizam qaydalarını, prosedur və formaları bilmək;
Rus, türk və ingilis dillərini bilmək üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
İş qrafiki: 3 növbə
İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı
Nahar və servis şirkət tərəfindən təmin olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
